Icma.az
close
up
RU
Bu malların qiymətində ENDİRİMLƏR OLACAQ ŞAD XƏBƏR ‼️

Bu malların qiymətində ENDİRİMLƏR OLACAQ ŞAD XƏBƏR ‼️

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bayrama sayılı günlər qalıb. Vətəndaşların əksəriyyəti  indidən bayram bazarlığına start verib. Bunun da səbəbi bahalaşma xofudur. Çünki hər bayram ərəfəsində olduğu kimi, yenə də bəzi məhsulların qiymətində artım ehtimalı insanları təlaşlandırır.

Bəs qiymətlərdəki dəyişiklik hansı məhsulları əhatə edəcək? Ümumiyyətlə, bayramqabağı bahalaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı Yenisbaah.az-a danışan iqtisadçı Akif Nəsirli bir sıra vacib məqamlara toxunub:

“Azərbaycanda iqtisadiyyatın əsas hissəsi inhisar altındadır. Yəni sahibkar rəqib tanımır. Ancaq burada kiçik bazar iştirakçılarından yox, böyüklərdən söhbət gedir. Bu səbəbdən bayramqabağı hansı məhsulda dövriyyə artacaqsa, qiymətlər də bahalaşacaq. Bunun da mexanizmi ondan ibarətdir ki, inhisarçı heç rəqib qorxusu hesab etmədiyindən dövriyyə artdığı zaman qiymətləri qaldırır. Həmin addımı daha çox qazanmaq üçün edir. Rəqabətli bazarda vəziyyət tamamilə fərqlidir. Sahibkarın rəqibi olduqda, dövriyyənin yüksəlməsi ilə bərabər o, gəlirin bir hissəsini güzəştə gedərək qiymətləri aşağı salır. Beləliklə, rəqib qarşısında üstünlük nümayiş etdirmək istəyir. Azərbaycanda isə bu rəqabət olmadığına görə, üstünlük nümayiş etdirməyə ehtiyac yoxdur. Asanlıqla qiyməti bir qədər qaldıraraq daha çox qazanmaq mümkündür. İnhisarçı bazarda isə qiyməti artırmaq çox asandır. Çünki rəqin xofu yoxdur. Rəqabətli bazarda sahibkarın ən çətin işi qiymətləri artırmaqdır. Hətta bəzi hallarda məhsulun maya dəyəri artır və bazardakı qiymətə onu satmaq mənfəət gətirmir. Qeyri-rentabelli satış gedir və bir neçə ay düşünürlər ki, qiyməti artırmaq olar ya yox. Rəqiblərin bu addımı atmağını gözləyirlər. Ona görə də rəqabət olan yerdə qiymət artımına getmək ən çətin qərarlardan biridir. Rəqabət bazarda iki tendensiyanı nəzarət altında saxlayır. Birincisi qiymətlərin optimal, ədalətli formalaşmasıdır. İkincisi isə məhsulun keyfiyyətinin yüksəlməsi ilə bağlıdır”.  

İqtisadçı hansı sahədə bahalaşmanın gözlənildiyini də açıqlayıb:

“Bayram ərəfəsində hamı daha çox bazarlıq etməyə çalışacaq ki, həm özü süfrə aça bilsin, həm də qonağını qarşılasın. Belə olan halda, insanlar nəyi çox alacaqsa, həmin məhsul qiymətlərində bu artımlar müşahidə ediləcək. Məsələn, geyim mağazalarında biz qiymətlərdə endirim görə bilərik. Çünki burada dövriyyə yoxdur. Sabitlik olduğu üçün sahibkarlar endirimlərə üstünlük verirlər. Ərzaq bazarında bunun əksinə dövriyyə artdığı üçün qiymətlər də yüksəlir. Bu,  inhisarçılığın əlamətlərindəndir. Nə zaman inhisarçılıq aradan qalxıb yerini rəqabət tutarsa, biz o zaman bazarda məhsulların, malların keyfiyyətinin yüksəldiyini, qiymətlərin optimallaşdığını görəcəyik.

Bayram yaxınlaşdıqca, bu ərəfədə ən çox alınan, tələb olunan məhsulların qiymətində artımların olacağını demək mümkündür. Bayramdan sonra həmin məhsulların bir qismi əvvəlki qiymətinə qayıtsa da, bir qisim mallar üçün bunu demək olmur. Ona görə ki, sahibkarlar bu tendensiyadan fürsət kimi istifadə edir. Məsələn, bir məhsul 15 faiz bahalaşırsa, bayramdan sonra 7 faiz azalır, amma 8 faiz bahalaşma qalır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Dekabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri