Icma.az
close
up
RU
Bayram anonsu verildi: Bu malların qiymətində ENDİRİMLƏR OLACAQ

Bayram anonsu verildi: Bu malların qiymətində ENDİRİMLƏR OLACAQ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bayrama sayılı günlər qalıb. Vətəndaşların əksəriyyəti  indidən bayram bazarlığına start verib. Bunun da səbəbi bahalaşma xofudur. Çünki hər bayram ərəfəsində olduğu kimi, yenə də bəzi məhsulların qiymətində artım ehtimalı insanları təlaşlandırır.

Bəs qiymətlərdəki dəyişiklik hansı məhsulları əhatə edəcək? Ümumiyyətlə, bayramqabağı bahalaşmanın səbəbi nədir?

Moderator.az bildirir ki, mövzu ilə bağlı Yenisbaah.az-a danışan iqtisadçı Akif Nəsirli bir sıra vacib məqamlara toxunub:

“Azərbaycanda iqtisadiyyatın əsas hissəsi inhisar altındadır. Yəni sahibkar rəqib tanımır. Ancaq burada kiçik bazar iştirakçılarından yox, böyüklərdən söhbət gedir. Bu səbəbdən bayramqabağı hansı məhsulda dövriyyə artacaqsa, qiymətlər də bahalaşacaq. Bunun da mexanizmi ondan ibarətdir ki, inhisarçı heç rəqib qorxusu hesab etmədiyindən dövriyyə artdığı zaman qiymətləri qaldırır. Həmin addımı daha çox qazanmaq üçün edir. Rəqabətli bazarda vəziyyət tamamilə fərqlidir. Sahibkarın rəqibi olduqda, dövriyyənin yüksəlməsi ilə bərabər o, gəlirin bir hissəsini güzəştə gedərək qiymətləri aşağı salır. Beləliklə, rəqib qarşısında üstünlük nümayiş etdirmək istəyir. Azərbaycanda isə bu rəqabət olmadığına görə, üstünlük nümayiş etdirməyə ehtiyac yoxdur. Asanlıqla qiyməti bir qədər qaldıraraq daha çox qazanmaq mümkündür. İnhisarçı bazarda isə qiyməti artırmaq çox asandır. Çünki rəqin xofu yoxdur. Rəqabətli bazarda sahibkarın ən çətin işi qiymətləri artırmaqdır. Hətta bəzi hallarda məhsulun maya dəyəri artır və bazardakı qiymətə onu satmaq mənfəət gətirmir. Qeyri-rentabelli satış gedir və bir neçə ay düşünürlər ki, qiyməti artırmaq olar ya yox. Rəqiblərin bu addımı atmağını gözləyirlər. Ona görə də rəqabət olan yerdə qiymət artımına getmək ən çətin qərarlardan biridir. Rəqabət bazarda iki tendensiyanı nəzarət altında saxlayır. Birincisi qiymətlərin optimal, ədalətli formalaşmasıdır. İkincisi isə məhsulun keyfiyyətinin yüksəlməsi ilə bağlıdır”.  

İqtisadçı hansı sahədə bahalaşmanın gözlənildiyini də açıqlayıb:

“Bayram ərəfəsində hamı daha çox bazarlıq etməyə çalışacaq ki, həm özü süfrə aça bilsin, həm də qonağını qarşılasın. Belə olan halda, insanlar nəyi çox alacaqsa, həmin məhsul qiymətlərində bu artımlar müşahidə ediləcək. Məsələn, geyim mağazalarında biz qiymətlərdə endirim görə bilərik. Çünki burada dövriyyə yoxdur. Sabitlik olduğu üçün sahibkarlar endirimlərə üstünlük verirlər. Ərzaq bazarında bunun əksinə dövriyyə artdığı üçün qiymətlər də yüksəlir. Bu,  inhisarçılığın əlamətlərindəndir. Nə zaman inhisarçılıq aradan qalxıb yerini rəqabət tutarsa, biz o zaman bazarda məhsulların, malların keyfiyyətinin yüksəldiyini, qiymətlərin optimallaşdığını görəcəyik.

Bayram yaxınlaşdıqca, bu ərəfədə ən çox alınan, tələb olunan məhsulların qiymətində artımların olacağını demək mümkündür. Bayramdan sonra həmin məhsulların bir qismi əvvəlki qiymətinə qayıtsa da, bir qisim mallar üçün bunu demək olmur. Ona görə ki, sahibkarlar bu tendensiyadan fürsət kimi istifadə edir. Məsələn, bir məhsul 15 faiz bahalaşırsa, bayramdan sonra 7 faiz azalır, amma 8 faiz bahalaşma qalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri