Icma.az
close
up
RU
Bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən

Bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən

Icma.az bildirir, Avtosfer portalına istinadən.

2026-cı ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi və gömrük qaydaları dəyişir. Yeni qanunvericilik dəyişikliklərinə əsasən, həm elektrik, həm hibrid mühərrikli avtomobillər üçün mövcud güzəştlər ləğv olunacaq, köhnə avtomobillərin idxalı isə daha baha başa gələcək.
Avtosfer.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 7 ildən çox istismar olunmuş avtomobillər üçün aksiz dərəcələri artırılır. Bu addım dövlətin köhnə, ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq və daha təmiz enerji mənbələrinə keçidi stimullaşdırmaq siyasətinə uyğunlaşdırılıb.
Əvvəllər benzin mühərrikli avtomobillər üçün artım əmsalı 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 idi. Yeni qaydalara əsasən, bu göstəricilər müvafiq olaraq 1,5 və 2 səviyyəsinə qaldırılır. Nəticədə, xüsusilə iri mühərrikli avtomobillərin aksiz məbləğləri nəzərəçarpacaq dərəcədə artacaq.
Məsələn, 2 litrlik mühərriki olan 7 ildən köhnə benzin avtomobilləri üçün aksiz vergisi 720 manatdan 900 manata qalxacaq. 3 litrlik mühərrikli avtomobillərdə bu artım təxminən 1700 manat, 3,5 litrlikdə isə 4 min manata qədər olacaq. 5 litrlik benzin mühərrikli avtomobillərin aksizi isə 73 min manatdan 91 min manata yüksələcək.
Dizel mühərrikli avtomobillər üzrə artım daha kəskindir. 2 litrlik dizel avtomobillərin aksiz dərəcəsi 900 manatdan 1200 manata, 5 litrlik avtomobillərdə isə 91 min manatdan 121 min manata qalxacaq. 5,5 litrlik dizel mühərriklər üçün bu məbləğ artıq 200 min manatı keçəcək.
Bu dəyişikliklər bazarda köhnə avtomobillərin idxalını azaldacaq və eyni zamanda ölkədə qiymətlərin artımına səbəb olacaq./milli.az
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see130

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see127

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see122

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see121

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see120

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri