Icma.az
close
up
RU
Bu maşınları ölkəyə gətirmək çətinləşir Gələn ildən...

Bu maşınları ölkəyə gətirmək çətinləşir Gələn ildən...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi və gömrük qaydaları dəyişir.

Yeni qanunvericilik dəyişikliklərinə əsasən, həm elektrik, həm hibrid mühərrikli avtomobillər üçün mövcud güzəştlər ləğv olunacaq, köhnə avtomobillərin idxalı isə daha baha başa gələcək.

Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 7 ildən çox istismar olunmuş avtomobillər üçün aksiz dərəcələri artırılır. Bu addım dövlətin köhnə, ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq və daha təmiz enerji mənbələrinə keçidi stimullaşdırmaq siyasətinə uyğunlaşdırılıb.

Əvvəllər benzin mühərrikli avtomobillər üçün artım əmsalı 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 idi. Yeni qaydalara əsasən, bu göstəricilər müvafiq olaraq 1,5 və 2 səviyyəsinə qaldırılır. Nəticədə, xüsusilə iri mühərrikli avtomobillərin aksiz məbləğləri nəzərəçarpacaq dərəcədə artacaq.

Məsələn, 2 litrlik mühərriki olan 7 ildən köhnə benzin avtomobilləri üçün aksiz vergisi 720 manatdan 900 manata qalxacaq. 3 litrlik mühərrikli avtomobillərdə bu artım təxminən 1700 manat, 3,5 litrlikdə isə 4 min manata qədər olacaq. 5 litrlik benzin mühərrikli avtomobillərin aksizi isə 73 min manatdan 91 min manata yüksələcək.

Dizel mühərrikli avtomobillər üzrə artım daha kəskindir. 2 litrlik dizel avtomobillərin aksiz dərəcəsi 900 manatdan 1200 manata, 5 litrlik avtomobillərdə isə 91 min manatdan 121 min manata qalxacaq. 5,5 litrlik dizel mühərriklər üçün bu məbləğ artıq 200 min manatı keçəcək.

Bu dəyişikliklər bazarda köhnə avtomobillərin idxalını azaldacaq və eyni zamanda ölkədə qiymətlərin artımına səbəb olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Noyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri