Icma.az
close
up
RU
Bu məğlubiyyət bizi sarsıtmayacaq Ceyhun Nuriyev

Bu məğlubiyyət bizi sarsıtmayacaq Ceyhun Nuriyev

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyevin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”ya uduzdunuz. 1:2 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Yaxşı oyunlarımızdan deyildi. İkinci hissənin əvvəlində çox zəif çıxış etdik. Bunun da nəticəsində qapımızda iki qol gördük. Ondan sonra nə qədər çalışsaq da, vəziyyəti dəyişə bilmədik. Çox məyusedici məğlubiyyətdir.

- İkinci hissədə nə dəyişdi ki, rəqib geridönüş edə bildi?

- Biz bir az boşluqlar verdik. “Şamaxı” isə ikinci hissəyə çox yaxşı başladı. Hissənin başlanğını çox pis keçirdik. Halbuki istənilən oyunda birinci hissənin də, ikinci hissənin də əvvəli çox önəmlidir.

- 7 oyun idi uduzmurdunuz. “Qarabağ”a, “Neftçi”yə, “Turan Tovuz”a məğlub olmayan “Zirə” üçün “Şamaxı”nı arzuolunmaz rəqib hesab etmək olar?

- Arzuolunmaz deməzdim, amma ağır rəqibdir. “Şamaxı” harada oynamasından asılı olmayaraq, bu komanda ilə görüş çətin keçir. Yaxın oynayırlar, pressinq tətbiq edirlər. Budəfəki matçın Şamaxıda keçirilməsi işimizi ikiqat çətinləşdirirdi. "Şamaxı” ilə görüşlərimiz həmişə ağır keçir. Udsaydıq da, eyni fikirləri səsləndirəcəkdim.

- Bu məğlubiyyət “Zirə”ni hədəflərindən nə dərəcədə uzaq sala bilər?

- Hələ 15 tur geridə qalıb. Yolumuz uzundur. Bu məğlubiyyət bizi sarsıtmamalıdır. İnanıram ki, sarsıtmayacaq da. Qarşıda bir matçımız var. Daha sonra çempionatda fasilə yaranacaq. Yanvardan sonra daha çox xal yığıb ilk üçlükdə olmaq üçün çalışacağıq.

- İlin son turunda “İmişli” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Premyer Liqamızda dövrə ərzində 11 rəqiblə üz-üzə gəlirik və bu oyunların hamısı çətin keçir. Son 2-3 mövsümdə asan oyun görməmişəm. “İmişli” də çox qapanan, sıx müdafiə olunan rəqibdir. Ona görə də bizi çətin oyun gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri