Ceyhun Nuriyev: Komandamızın əzmkarlığına alqış düşür
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu oyunda qələbə qazanacağımıza inanırdıq. İlk hissədən sonra belə inamımız azalmamışdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.
23 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda "Qarabağ"a qalib gəldikləri (3:2) matç barədə fikirlərini bölüşüb:
"Layiqli qalibiyyət əldə etdik. Komandamızın əzmkarlığına alqış düşür. Baş məşqçimiz Rəşad Sadıqov da qələbəyə inanırdı və bunu bizə aşılayırdı. Fasilədə matçdan qopmamağımızı tapşırdı və biz bunu artıqlaması ilə etdik".
Nuriyev bu nəticənin avrokuboklara vəsiqə qazanmaq baxımından onlara çox kömək edəcəyini söyləyib.
Qeyd edək ki, "Zirə" "Qarabağ"la oyunun ilk hissəsinsə 0:2 hesabı ilə geridə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















