Bu məğlubiyyət bizim üçün yaxşı bir dərs oldu Quba nın baş məşqçisi
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2-ci Liqanın 2-ci turunda "Xankəndi"nin qonağı olan "Quba" 0:4 hesablı yenilgiyə üzüldü. "Neftçi" Futbol Mərkəzinin 4-cü meydanında reallaşan qarşılaşmanın ardından Quba təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Xankəndi" çox yaxşı, təşkilatlanmış komandadır. Əsasən zəngin karyeraya malik futbolçulardan qurulmuş kollektivdir. Hər şey onların istədiyi kimi oldu. Dörd dəfə rahat hücum qurdular, dördü də qol oldu. Bizim də qol epizodlarımız var idi. Oyun baxımından bizdən üstün deyildilər. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. İnanılmaz bir yağışa düşdük. Təbii ki, bəhanə gətirmək niyyətində deyilik, "Xankəndi"ni təbrik edirik. Bu məğlubiyyət bizim üçün yaxşı bir dərs oldu. Önümüzə baxacağıq. Biz iddialı komandayıq və heç bir halda, iddiamızdan əl çəkməyəcəyik. Hələ ikinci turdur. Tez bir zamanda toparlanıb "Şəmkir"lə oyuna ciddi hazırlaşacağıq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















