Bu məhsulu əkən sərvət qazanır kilosu 1900 manatdır
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropanın elit restoranlarında son dövrlərin ən bahalı məhsullarından birinə çevrilən şerbetçiotu cücərtiləri (hop shoots) istehsalçılarına böyük gəlir qazandırır. Məhdud istehsal və çətin yığım prosesi səbəbindən məhsulun qiyməti rekord həddə yüksəlib.
Bizim.Media xəbər verir ki, məlumata görə, pivə istehsalında istifadə olunan şerbetçiotu bitkisinin yaz aylarında çıxan təzə cücərtiləri hazırda Avropa bazarında kilogramı 1000 avroya qədər, yəni təxminən 1900 manata alıcı tapır.
Dadının yabanı qulançara bənzədiyi bildirilən məhsul lüks restoranların menyularında xüsusi yer tutmağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, bu qədər yüksək qiymətin əsas səbəbi məhsulun çox qısa müddətdə yetişməsi və yalnız əl ilə yığılmasıdır. Cücərtilər ilin müəyyən dövründə toplanır və təravətini çox sürətlə itirdiyi üçün dərhal istehlak edilməlidir.
Şerbetçiotu cücərtilərinin istehsalı da kifayət qədər mürəkkəb hesab olunur. Bitki əsasən vəhşi şəraitdə yetişdiyi üçün genişmiqyaslı və sistemli əkin aparmaq çətindir. Bu isə bazarda məhsulun az olmasına və qiymətin daha da yüksəlməsinə səbəb olur.
Ekspertlərin sözlərinə görə, logistika problemləri də məhsulun nadirliyini artırır. Sürətlə xarab olduğu üçün şerbetçiotu cücərtiləri əsasən yerli bazarlarda və ya istehsalçılarla birbaşa əməkdaşlıq edən restoranlarda satılır.
Nəticədə bazara məhsul təqdim edə bilən azsaylı istehsalçılar yüksək qazanc əldə edirlər.
Hazırda şerbetçiotu istehsalçılarının böyük hissəsi pivə zavodları ilə müqavilə əsasında çalışsa da, qastronomiya sektorunda artan tələbat bu nadir məhsulu kənd təsərrüfatının ən gəlirli sahələrindən birinə çevirib. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 08 İyun 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















