Icma.az
close
up
RU
Bu məhz iqtisadiyyatın ağardılmasına xidmət edir Ekspert

Bu məhz iqtisadiyyatın ağardılmasına xidmət edir Ekspert

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gündən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun bu gündən qüvvəyə minir.



İqtisadçı Eldəniz Əmirov “Sherg.az”a bildirib ki, ölkə iqtisadiyyatında son dönəmlər iqtisadiyyatın ağardılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir:


“Bu tədbirlər sırasında ödənişlərin nağdsız qaydada həyata keçirilməsinin təşviq edilməsi birinci yerdə gəlir. Nağdsız ödənişlərin həcminin artırılması üçün müəyyən təşviqedici mexanizmlər həyata keçirilib. Eyni zamanda, icbari olaraq bununla bağlı müəyyən qaydalar yaradılıb.  15000 manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi ilə bağlı olan tələb də məhz iqtisadiyyatın ağardılmasına xidmət edir. Bu, şəffaflığın artırılmasına, aparılan ödənişlərin hesabatının doğru aparılmasına, vergi daxilolmalarının həcminin artırılmasına xidmət etmiş olur. Təbii olaraq özlüyündə kifayət qədər müsbət hal kimi qiymətləndirilə bilər. Çünki bu qanunsuz fəaliyyətin aşkarlanmasına, qarşısının alınmasına, məhdudlaşdırılmasına xidmət edən bir addımdır. Lakin bunun bir çox müsbət cəhətləri olduğu kimi, müəyyən mənfi tərəfləri də vardır. Mənfi tərəfləri orta sahibkarlar üçün müəyyən qədər yük yaratmasıdır. Yəni prosesin icra olunması üçün mövcud infrastrukturu olmayan və bu sahədə problemlər yaşanan bölgələrdə hesab edirəm ki, bu, müəyyən qədər problemlər yarada bilər. Digər tərəfdən düşünürəm ki, prosesə keçidlə bağlı müəyyən zaman verilsəydi, daha yaxşı olardı. Məsələn, elan olunardı ki, 2025-ci ilin iyulun 1 dən və yaxud da ki, ən azı altı ay, bir il öncədən bu qərar qəbul olunur. Elan olunur ki, filan müddətdən sonra bu keçid olacaq. Bu infrastrukturun yaradılmasına həm də psixoloji hazırlığın həyata keçirilməsinə daha müsbət təsir göstərə bilərdi. Həmçinin cərimələrin miqdarı ilkin dövrləri üçün çoxdur. Yəni hətta qərar qəbul edilsə belə, 2025-ci  ildə bu cərimələrin miqdarı daha az ola bilərdi. 2026-cı ildə isə artıq artırıla bilərdi. Yəni  bu hallarda adaptasiya prosesi üçün bu tip yanaşmaya ehtiyac var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri