Icma.az
close
up
RU
Ekspert: “Peşə təhsili iqtisadiyyatın dayağına çevrilməlidir”

Ekspert: “Peşə təhsili iqtisadiyyatın dayağına çevrilməlidir”

Icma.az bildirir, Sherg.az portalına istinadən.

26 avqust tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 17 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirdi ki, peşə məktəblərinə qəbulun ikinci mərhələsi əslində ölkədə təhsilin strateji istiqamətlərindən birinə verilən dəyərin və ya daha doğrusu, dəyərsizlik probleminin bariz göstəricisidir:


“Rəsmi elanlara görə bu mərhələdə minlərlə gəncə seçim imkanı yaradılır, amma əslində burada əsas məsələ say çoxluğu deyil, keyfiyyət və nəticədir. Azərbaycan təhsil sistemində peşə məktəbləri uzun illər boyunca ikinci dərəcəli struktur kimi təqdim edilib, universitet mərkəzli təhsil modeli ön planda saxlanılıb. Halbuki əmək bazarında ən çox tələb olunan sahələr məhz peşə təhsilindən keçmiş işçi qüvvəsinə ehtiyac duyur. Statistika göstərir ki, hər il 30 mindən artıq plan yeri elan olunsa da, məzunların cəmi yarısı sabit işlə təmin olunur. Dual təhsil proqramları tətbiq edilən qruplarda işlə təminat 70 faizə qədər yüksəlir, amma bu model ölkə üzrə yalnız bir neçə min tələbəni əhatə edir. Bu o deməkdir ki, struktur problemlər həll olunmadıqca rəqəmlərin geniş kütlələrə təsiri zəif qalacaq. Mövcud qanunvericilik – “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlar – dövlətin bu sahəni prioritet elan etdiyini göstərir. Hətta qanunda “əmək bazarının tələblərinə uyğun peşə standartları əsasında kurikulumların hazırlanması” vəzifə kimi qoyulub. Amma praktika ilə nəzəriyyə arasında uçurum var. Kurikulumlar hazırlanır, lakin işəgötürənlərlə əlaqə mexanizmləri zəifdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilən peşə standartlarının əksəriyyəti məktəblərin real təlim bazası ilə uzlaşmır. Avadanlıq köhnədir, laboratoriyalar zəifdir, müəllimlərin böyük qismi isə özləri istehsalat təcrübəsindən keçməyiblər. Belə olan halda qanunun verdiyi imkanlar kağız üzərində qalır. Təqaüd və sosial dəstək mexanizmlərinə nəzər salsaq, nominal olaraq irəliləyişlər var. Son illərdə differensial təqaüd sistemi tətbiq edilib: yüksək qiymət alan tələbələr 100 manata qədər təqaüd ala bilirlər. Rəqəmlərə görə peşə təhsilində oxuyanların 80 faizi təqaüd alır. Amma burada da problem ondadır ki, bu məbləğ real xərcləri ödəmir. Bölgələrdən paytaxta və ya iri şəhərlərə gələn gənclərin yol, yaşayış və yemək xərcləri ayda 300–400 manatı asanlıqla keçir. Yataqxanalar cəmi bir neçə müəssisədə var, onların da vəziyyəti köhnədir. Bu səbəbdən sosial dəstək mexanizmləri yalnız formal xarakter daşıyır və gənclərin təhsili davam etdirmək həvəsini azaldır. Təhsil Tələbə Krediti Fondu hüquqi olaraq peşə pilləsini əhatə etsə də, müraciət prosesində çoxsaylı baryerlər var və informasiya yetərsizdir. Nəticədə kreditlərdən istifadə edən peşə təhsili tələbələrinin sayı çox aşağıdır. Dünya təcrübəsi ilə müqayisədə fərq aydın görünür. Avropa İttifaqında peşə təhsili məzunlarının məşğulluq göstəricisi 80 faizdən yuxarıdır, Almaniyada bu rəqəm 90 faizə yaxınlaşır. Bunun səbəbi sadədir: dual təhsil geniş miqyasda tətbiq edilir, işəgötürən prosesin tamhüquqlu tərəfi kimi cəlb olunur, dövlət isə həm maliyyələşmədə, həm də stimullarda aktiv rol oynayır. Azərbaycanda isə peşə məktəbləri ilə işəgötürənlərin əlaqəsi çox zaman formal müqavilələrdən ibarətdir. Nazirliyin açıqladığı yeni ixtisaslar – alternativ enerji, günəş və külək texnologiyaları üzrə proqramlar – müsbət addımdır, amma bu ixtisaslar üzrə real qəbul və məzun statistikasını görmədən təsirin nə qədər olduğunu dəyərləndirmək mümkün deyil. Əgər hər il cəmi 50–100 tələbə bu sahədə oxuyursa, əmək bazarına real təsiri sıfıra bərabər qalır”.


Ekspertin sözlərinə görə ən ciddi tənqid marifləndirmə işinin zəifliyidir:

“Nazirlik peşə təhsilini ictimaiyyətə təqdim edə bilmir. Hər il minlərlə abituriyent və valideyn universitet seçiminə yönəlir, çünki peşə təhsili barədə ictimai imic formalaşdırılmayıb. Təhsil Nazirliyi məktəblərdə peşəyönümü dərslərini formal şəkildə keçir, amma sistemli yanaşma yoxdur. Hansı ixtisaslarda işlə təminat yüksəkdir, hansı müəssisələrin yataqxanası var, hansı dual proqramlar açıqdır – bu məlumat vahid platformada ictimaiyyətə təqdim olunmur. Valideynlər və şagirdlər təsadüfi mənbələrdən məlumat alır və çox vaxt düzgün qərar verə bilmirlər. Bu, nazirliyin əsas vəzifələrindən biridir, amma bu istiqamətdə heç bir plan və proqnoz yoxdur. Müsbət tərəf ondan ibarətdir ki, son illərdə peşə məktəblərinin sayı azalmaqdansa, müəyyən qədər artırılıb və bir neçə yeni müasir kompleks istifadəyə verilib. Təhsilalanların sayı əvvəlki illərlə müqayisədə 20 faiz artıb, bu da müəyyən irəliləyişdir. Amma bu artım sistemin struktur problemlərini ört-basdır edə bilməz. Hər il elan olunan 30 mindən çox plan yerinin böyük hissəsi boş qalır və ya məzunlar iş tapa bilmir. Bu, həm təhsilə, həm də dövlətin sərf etdiyi büdcəyə ciddi zərbədir. Dəyişməli olan əsas məsələ odur ki, peşə təhsili sadəcə formal pillə kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir. Bunun üçün dual proqramların miqyası ən azı beş dəfə artırılmalı, hər böyük sənaye müəssisəsi üçün xüsusi peşə məktəbi modeli yaradılmalıdır. Təqaüd və kredit mexanizmləri real yaşayış xərclərinə uyğunlaşdırılmalıdır. Hər il ictimaiyyətə açıq “Peşə Təhsili Hesabatı” dərc olunmalı, qəbul, məzun, məşğulluq, əməkhaqqı göstəriciləri tam açıqlanmalıdır. Əks halda, qrantların göyə sovrulması barədə yaranan ictimai fikirlər daha da güclənəcək və peşə təhsilinə maraq azalmağa davam edəcək. Nazirlik plan və proqnoz təqdim etmədiyi müddətdə bu sahədə etibar və inam bərpa olunmayacaq. Mövcud vəziyyət göstərir ki, normativ baza mövcuddur, maliyyə ayrılır, yeni binalar tikilir, amma nəticə yoxdur. Nəticə olmadan isə bütün bu fəaliyyətlər sadəcə formal göstəricilər kimi qalır və ölkədə təhsili inkişaf etdirmək əvəzinə, onu yavaş-yavaş məhv edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri