Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!”

“Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanda əksər sahibkarların təsəvvüründə mühasibat uçotu sadəcə vergi hesabatlarının vaxtında təqdim olunması ilə ölçülür. Onların düşüncəsinə görə, əgər bəyannamə göndərilibsə, Dövlət Vergi Xidmətindən heç bir sorğu və ya yoxlama gəlməyibsə, deməli, hər şey qaydasındadır. Halbuki bu, çox təhlükəli tendensiyadır. Çünki düzgün qurulmamış mühasibat uçotu şəraitində təqdim edilən hesabatlar yalnız “formal öhdəlik” rolunu oynayır. Nəticədə, real maliyyə vəziyyətini əks etdirməyən uçot sistemi sahibkarı hər an ciddi risklərlə üz-üzə qoya bilər.

Bəs bu risklər hansılardır?

“Qafqazinfo” mövzu ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramovun sahibkarların mühasibat uçotu məsələsində yol verdiyi yanlışlar barədə açıqlamasını təqdim edir:

“Azərbaycanda sahibkarların çoxu düşünür ki, Dövlət Vergi Xidmətinə hesabat təqdim olundusa, üstəlik, kameral və sərəncam yoxdursa, deməli, mühasibatlıq da qaydasındadır. Amma əslində bu, çox təhlükəli yanılmadır. Vergi Xidmətinə hesabat göndərmək hələ mühasibat uçotunun düzgün qurulduğu demək deyil. Çünki bəzi hallarda vergi yoxlaması olduqda ortaya çıxır ki, mühasibat uçotu qurulmayıb və uçotun olmadığı yerdə hesabatlar da yalnış gedib. Bunun nəticəsində yüzminlərlə manatlıq əlavə vergi və cərimələrlə qarşılaşmaq mümkündür.

Sahibkarların gözardı etdiyi məqamlar

A.Bayramovun sözlərinə görə, sahibkarların düşündüyünün əksinə olaraq, reallıqda vəziyyət tamam başqadır: “Vergi hesabatı yalnız mühasibat uçotu hesabına formalaşır. Əgər uçotdakı rəqəmlər səhvdirsə, vergi bəyannaməsi də formal bir kağızdan başqa heç nə deyil.

Ölkəmizdə bir çox şirkət rəhbərləri dövriyyə qalıq cədvəlinə baxmır, anbar qalığını, alacaq-verəcək məbləğlərini, balansdakı qalıqları yoxlamır. Yəni şirkətin “ürəyi” kimi işləməli olan uçot sisteminə göz yumurlar”.

Anar Bayramov vurğulayıb ki, mühasibat uçotunda ən təhlükəli sahə anbardır: “Çünki ən çox problem məhz anbar uçotunda üzə çıxır. Anbara daxil olan mallar sənədləşdirilmir, satışlar uçotda göstərilmir, yaxud malların silinməsi kağız üzərində “yaddan çıxır”.
Nəticədə real anbardakı mal qalığı ilə mühasibatdakı rəqəmlər üst-üstə düşmür. Bu isə vergi yoxlamasında şirkəti cərimə və sanksiyalarla üz-üzə qoya bilər.

Təsəvvür edin ki, sahibkar illərlə rahat işləyib, hər ay vergi hesabatını göndərib. Amma yoxlama aparılanda ortaya çıxır ki, anbar uçotu reallıqdan fərqlidir. Və birdən-birə sahibkara yüzminlərlə manatlıq vergi borcu və cərimə yazılır. Bu ssenarini yaşayan şirkətlərin sayı heç də az deyil.

Formalizm yox, real idarəetmə?

Anar Bayramov əlavə edib ki, vergiyə hesabat göndərmək yalnız “üzə gülən” tərəfdir: “Əsl təhlükəsizlik isə düzgün qurulmuş mühasibat uçotunda gizlənir. Uçot sistemini yoxlamadan sadəcə hesabat göndərən sahibkarlar isə əslində öz şirkətlərini gizli “minalanmış sahə”yə aparırlar…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri