Icma.az
close
up
RU
Bu metrostansiya yaxınlığında yaşayan və işləyən şəxslərə ŞAD XƏBƏR

Bu metrostansiya yaxınlığında yaşayan və işləyən şəxslərə ŞAD XƏBƏR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağının tikilməsi planlaşdırılır. Bu, nəqliyyat sıxlığının azaldılması və şəhər mərkəzində parklanma probleminin həlli baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir. Müvafiq layihə Türkiyənin "Yüksel Proje" şirkətinə həvalə olunub və bu məqsədlə 35,4 milyon manatlıq müqavilə imzalanıb.

Bəs belə yeraltı avtomobil dayanacaqları paytaxt üçün nə qədər sərfəlidir? Onların üstünlükləri nələrdir? Gələcəkdə hansı metrostansiyaların altında bu cür obyektlərin tikilməsi məqsədəuyğun olar?

“Yeni Sabah” məsələni ekspertlərlə müzakirə edib. Toyuqlu pizza

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) daxil olan şirkətlərin əməkdaşlığı nəticə verir:

“Əvvəl metro bir iş görürdü, nəqliyyat təşkilatları isə hərəsi ayrı işlər görürdü. Bütün bu işlər bir-birindən xəbərsiz həyata keçirilirdi və fayda vermirdi. İndi Cənab Prezidentin sərəncamı ilə yaradılan AZCON Holdinq birgə fəaliyyət göstərdiyi üçün bu məsələlər orada layihələndirilir. Deyək ki, AYNA nə isə bir görmək istəyirsə, o çərçivədə metro ilə razılaşırlar ki, başqa hansı işləri də həyata keçirmək lazımdır. Məsələn tunel inşası zamanı yer qazılır və bu zaman başqa bir iş görmək üçün də imkan yaranır. Bu imkan avtomobil parkının yaradılmasıdırsa, aidiyyatı qurumlar bir-birilə əməkdaşlıq çərçivəsində bunu edirlər.

Avtomobil parkının inşası çox əlverişli bir variantdır. Parklanma problemi yaşayan insanlar üçün çox yaxşı addım olduğunu ümid edirəm. Bənövşəyi xətt üzrə buna çox ehtiyac var. Xüsusilə 28 May metro stansiyasının ətrafı yaşıl zonaya çevrildiyi üçün avtomobillərin hərəkəti həmin ərazidə məhdudlaşdırıldı. Yalnız avtobuslar həmin əraziyə daxil ola bilir. Bu səbəbdən insanlar, xüsusən ətraf sakinlər, işləyən və oxuyan şəxslər bu durumun mənfi tərəfinə məruz qaldılar. Orada avtomobil parkının yaradılmasına ehtiyac var idi. Belə bir səmərəli əməkdaşlıq insanların rahatlığı üçün nəzərdə tutulur.

Digər ərazilərə gəldikdə, mövcud stansiyalarda sovet dövründən qalma sistem olması bunun mümkünlüyünü azaldır. Lakin yeni stansiyalar inşa ediləndə layihələndirmə zamanı müəyyən işləri nəzərə almaq olar.

Türk şirkətləri bu sahədə öz sözünü deyib və müəyyən qədər təcrübəyə malikdirlər. Azərbaycan tərəfi də əməkdaşlıq etdiyi şirkəti seçərkən ciddi-ciddi düşünüb. Şirkətin iş təcrübəsi və digər məsələlər burada nəzərə alınıb”.

Digər nəqliyyat eksperti Rövşən Həsənov isə əsas diqqəti yeni avtomobil parkı üçün təyin ediləcək tariflərə yönəldib:

“Çox yaxşı ideyadır. Metronun yaxınlığında yeraltı parkinq olması çox xoş xəbərdir. Düşünürəm ki, bir çox metrostansiyaların ərazisində bunun tikilməyi daha məqsədyönlü sayılar bilərdi. Çünki metrodan çıxan və metro ətrafında olanlara daha əlverişli olar. Ən əsas məqam isə tariflərdir. Ümid edirik ki, təyin edilən tariflər insanların cibinə uyğun olacaq. Bənzər dayanacaqların qiymətləri yüksək olduğu üçün insanlar yan keçirlər və buna görə də cərimələrə tuş gəlirlər və qayda pozuntusu müşahidə olunur”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri