Icma.az
close
up
RU
Bu modelin 300 minə yaxın maşını geri çağırılır Servisə gedib, pulsuz düzəltdirin

Bu modelin 300 minə yaxın maşını geri çağırılır Servisə gedib, pulsuz düzəltdirin

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü illərdə istehsal olunmuş 273 789 "SUV" modelini əyləc sistemindəki nasazlığa görə geri çağırıb.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, geri çağırmaya 223 315 "Expedition" və 50 474 "Navigator" modeli daxildir. ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədlərinə görə bu avtomobillərdə ön əyləc boruları mühərrikin hava təmizləyici çıxış borusuna toxuna bilər. Bu, montaj zamanı baş vermiş potensial quraşdırma xətası ilə əlaqələndirilir.

Nasazlıq əyləc mayesinin sızmasına və əyləc funksiyasının zəifləməsinə səbəb ola bilər. Sürücülər əyləcin zəif işlədiyini, pedalın daha dərinə basılmalı olduğunu və nəticədə qırmızı əyləc xəbərdarlıq işığının yanmasını hiss edə bilərlər.

Ford bu problemə görə hələlik qəza və ya xəsarət qeydə almadığını bildirib və hesab edir ki, geri çağırılan avtomobillərin yalnız 1 faizində nasazlıq ola bilər. Lakin aprelin 17-dən bəri 45 sürücü bu nasazlıqla bağlı şikayət edib.

Ford mayın 26-dan etibarən təsirlənmiş avtomobil sahiblərinə məktub göndərəcək. Məktubda problemin necə aradan qaldırılacağına dair təlimat da yer alacaq. "Ford" və "Lincoln" rəsmi servisləri avtomobilləri pulsuz yoxlayacaq və ehtiyac olarsa, əyləc borusu və ya hava çıxış borusunu dəyişəcək.

"Ford" mart və aprel aylarında Kentukki Zavodunda istehsal prosesi ilə bağlı araşdırma aparıb. Aşkarlanıb ki, 2024-cü il noyabrın 20-də mühərrik quraşdırılması zamanı radiator borusunun yerləşdirilmə qaydası dəyişdirilib. Bu dəyişiklik nasazlıqların qarşısını almağa yönəlib. Həmin tarixdən əvvəl istehsal olunan bəzi modellərdə radiator borusu əyləc borusuna ilişə və onu əyərək yanlış istiqamətə yönəldə bilərdi. Nəticədə əyləc borusu mühərrikdəki digər hissəyə - hava təmizləyici çıxış borusuna sürtünüb zədələnə bilərdi.

Ford 2022-ci il noyabrın 4-dən 2024-cü il aprelin 8-dək bu nasazlıqla bağlı 45 zəmanət hesabatı, 2022 və 2025-ci illərdə iki texniki hesabat, 2024-cü ildə isə iki müştəri şikayəti aldığını bildirib.

Qeyd edək ki, Ford bu ilin aprelində daha bir geri çağırma elan etmişdi. Həmin çağırış 2020-2022 "Escape" və 2021-2023 "Bronco Sport" modellərini əhatə edirdi. Səbəb isə yanacaq inyeksiyasındakı çatlar olub. Çatlamış inyektor benzin sızmasına, mühərrikin qızmış hissələrinə toxunduqda isə alışma təhlükəsinə səbəb ola bilərdi.

Bu avtomobillərin sahibləri təxminən aprelin 24-də məktubla xəbərdar edilib. Ford həm nasazlığı aradan qaldıracaq, həm də mühərrikin idarəetmə proqram təminatını yeniləyəcək. Bütün bu xidmətlər pulsuz göstəriləcək.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri