Icma.az
close
up
RU
Servisə gedib, pulsuz düzəltdirin

Servisə gedib, pulsuz düzəltdirin

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü illərdə istehsal olunmuş 273 789 "SUV" modelini əyləc sistemindəki nasazlığa görə geri çağırıb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, geri çağırmaya 223 315 "Expedition" və 50 474 "Navigator" modeli daxildir. ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədlərinə görə bu avtomobillərdə ön əyləc boruları mühərrikin hava təmizləyici çıxış borusuna toxuna bilər. Bu, montaj zamanı baş vermiş potensial quraşdırma xətası ilə əlaqələndirilir.

Nasazlıq əyləc mayesinin sızmasına və əyləc funksiyasının zəifləməsinə səbəb ola bilər. Sürücülər əyləcin zəif işlədiyini, pedalın daha dərinə basılmalı olduğunu və nəticədə qırmızı əyləc xəbərdarlıq işığının yanmasını hiss edə bilərlər.

Ford bu problemə görə hələlik qəza və ya xəsarət qeydə almadığını bildirib və hesab edir ki, geri çağırılan avtomobillərin yalnız 1 faizində nasazlıq ola bilər. Lakin aprelin 17-dən bəri 45 sürücü bu nasazlıqla bağlı şikayət edib.

Ford mayın 26-dan etibarən təsirlənmiş avtomobil sahiblərinə məktub göndərəcək. Məktubda problemin necə aradan qaldırılacağına dair təlimat da yer alacaq. "Ford" və "Lincoln" rəsmi servisləri avtomobilləri pulsuz yoxlayacaq və ehtiyac olarsa, əyləc borusu və ya hava çıxış borusunu dəyişəcək.

"Ford" mart və aprel aylarında Kentukki Zavodunda istehsal prosesi ilə bağlı araşdırma aparıb. Aşkarlanıb ki, 2024-cü il noyabrın 20-də mühərrik quraşdırılması zamanı radiator borusunun yerləşdirilmə qaydası dəyişdirilib. Bu dəyişiklik nasazlıqların qarşısını almağa yönəlib. Həmin tarixdən əvvəl istehsal olunan bəzi modellərdə radiator borusu əyləc borusuna ilişə və onu əyərək yanlış istiqamətə yönəldə bilərdi. Nəticədə əyləc borusu mühərrikdəki digər hissəyə - hava təmizləyici çıxış borusuna sürtünüb zədələnə bilərdi.

Ford 2022-ci il noyabrın 4-dən 2024-cü il aprelin 8-dək bu nasazlıqla bağlı 45 zəmanət hesabatı, 2022 və 2025-ci illərdə iki texniki hesabat, 2024-cü ildə isə iki müştəri şikayəti aldığını bildirib.

Qeyd edək ki, Ford bu ilin aprelində daha bir geri çağırma elan etmişdi. Həmin çağırış 2020-2022 "Escape" və 2021-2023 "Bronco Sport" modellərini əhatə edirdi. Səbəb isə yanacaq inyeksiyasındakı çatlar olub. Çatlamış inyektor benzin sızmasına, mühərrikin qızmış hissələrinə toxunduqda isə alışma təhlükəsinə səbəb ola bilərdi.

Bu avtomobillərin sahibləri təxminən aprelin 24-də məktubla xəbərdar edilib. Ford həm nasazlığı aradan qaldıracaq, həm də mühərrikin idarəetmə proqram təminatını yeniləyəcək. Bütün bu xidmətlər pulsuz göstəriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 May 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri