“Bu, Moskva ilə Bakı arasında normallaşma üçün vacib addım ola bilər”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə danışıb.
“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, konsul əməkdaşları iyulun 3, 14 və 23-də Bakıda saxlanılan rusiyalılara baş çəkiblər: “Dördüncü görüş üçün müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Sentyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















