Icma.az
close
up
RU
Bu mövsüm Premyer Liqanın maraqlı və çətin olacağını ilk görüşdən hiss etdik MÜSAHİBƏ

Bu mövsüm Premyer Liqanın maraqlı və çətin olacağını ilk görüşdən hiss etdik MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib. Misli Premyer Liqasının 1-ci turunun “İmişli” ilə (0:1) səfər görüşünə komandasını kapitan kimi çıxarmış futbolçu həmin görüşdəki üç xalı şərh edib.

- “Turan Tovuz" ilk görüşdə "İmişli" ilə matçda qalib gəldi. Həmin oyundakı qələbənizi necə şərh edərdin?

Çətin oyun olacağını bilirdik. Buna da hazırlaşmışdıq. Sona qədər də mübarizə apardıq. İstədiyimiz qolu gec də olsa, vura bildik və qalib gəldik. Mövsümə qələbə ilə başlamaq yaxşı idi.

- “İmişli” Premyer Liqada yeni komandadadır. Amma onlara qarşı çətinlik çəkdiniz. Buna səbəb mövsümün ilk oyunu olması idi, yoxsa "İmişli" güclü komandadır?

“İmişli”nin məşqçilər korpusu yaxşı komanda yaradıb. Həm mövsümün yeni başlaması, həm də “İmişli”nin yaxşı tanımamağımız da bizə çətinlik yaradan amillər idi. Bu mövsüm Premyer Liqanın maraqlı və çətin olacağını ilk görüşdən hiss etdik.

- “Turan Tovuz"u bu görüşdə meydana kapitan kimi çıxarmışdın. Şəhriyar Əliyevin yoxluğunda kapitan kimi səni görəcəyik daim?

Məşqçilərimizin qərarı belə idi. Sonrakı matçlarda meydana mənim və ya başqasının kapitan çıxmasının fərqi yoxdur. Əsas olan komandamızın oyunu və qələbəsidir. 

- Növbəti turdakı rəqibiniz "Araz-Naxçıvan"dır. Hansı ki, bu mövsüm avrokuboklara uğurlu başlamışdı, heyəti də pis yığılmayıb. Səncə, onları Bakıda məğlub edə biləcəksiz?

- Yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Onlar mövsümə bizdən daha tez başlayıb. “Araz-Naxçıvan”ın hazır duurma gəldiyini demək olar. Biz də bu oyuna yaxşı hazırlaşacağıq ki, qələbə qazana bilək. Bu görüşdə əsas məqsədimiz qələbədir. 

- Bu mövsümdən Premyer Liqada legioner limiti tətbiq olunmur. Amma azsaylı yerlilərdən biri də sənsən ki, oynayırsan. Mövsümboyu bunu davam etdirmək mümkün olacaq?

Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, sona qədər belə olsun. Təbii ki, məşqçilər korpusu şans verəcəyi təqdirdə, daim meydana çıxaraq komandam üçün ən yaxşısını edəcəm.

- Səncə, bu mövsüm nəhayət ki, avrokuboklara vəsiqə qazana biləcəksiz? İndi buna daha çox gücünüz çatacağına inanırsan?

Təbii ki, qarşımıza məqsəd qoyulub. Biz də bu məqsəd uğrunda sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, bizdə hər şey uğurlu alınacaq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Avqust 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri