Bu mövsüm rəqabət böyük olacaq Lazar Spasiç
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Basketbol Liqasında (ABL) bu mövsüm rəqabət olacaq.
Fanat.Az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis ABL-in I turunda "LANDAU Lions" komandasına qarşı keçirdikləri oyun barəsində danışıb:
"Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda çox vacib rol oynayırlar. Mən onlardan gələcəkdə daha da inkişaf etmələrini və qarşıdakı böyük inkişaf prosesinin bir hissəsi olmalarını gözləyirəm.
Təşkilatçılıq, ab-hava əla idi. Gördüklərimə əsasən düşünürəm ki, bizi rəqabətli liqa gözləyir. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Tribunada çoxlu insan görəndə xoşbəxt oluram. Ümid edirəm ki, azarkeşlərimiz bizi hər oyunda bu cür dəstəkləyəcəklər. Bizim işimiz oyunları qazanmaq və onlara sevinc bəxş etməkdir".
Qeyd edək ki, "Sabah" - "LANDAU Lions" qarşılaşması birincilərin 84:74 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Sentyabr 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















