Lazar Spasiç: “Məğlubiyyətimizin əsas səbəbi…”
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Sabah”ın baş məşqçisi Lazar Spasiç FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “A” qrupunun II turunda “Trabzonspor”a qarşı keçirdikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, serbiyalı mütəxəssis məğlubiyyətin səbəblərini açıqlayıb.
O bildirib ki, komandasının qarşılaşmaya uğursuz başlaması həlledici rol oynayıb:
“İlk növbədə, “Trabzonspor”u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırması bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi.
Oyuna niyə bu cür başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq və müdafiədə lazımi səviyyədə çıxış etmədik. Qarşımızda hücum potensialı yüksək olan komandanın dayandığını bilirdik. Belə rəqibi səfərdə məğlub etmək istəyiriksə, ilk növbədə, “pik-end-roll” kombinasiyalarına və təkbətək mübarizələrə nəzarət etməliyik.
Təəssüf ki, nə bu kombinasiyalara qarşı müdafiədə, nə də fərdi mübarizələrdə istənilən səviyyədə çıxış edə bildik. Məğlubiyyətimizin əsas səbəbi də məhz bu oldu.
Bundan sonra hücumda da oyun intizamımız pozuldu, qərar verməkdə çətinlik çəkdik. Hesab fərqini azaltmağa çalışdığımız məqamlarda “Trabzonspor” təcrübəsini ortaya qoydu. Rəqib basketbolçular çətin vəziyyətlərdə də dəqiq atışlar etdilər və xal qazanmağın yollarını tapdılar. Biz isə oyunda dönüş yaratmaq üçün lazımi həll yollarını tapa bilmədik.
İndi geri qayıtmalı, oyunumuzu təhlil etməli, səhvlərimiz üzərində işləməli və “Nanterre” ilə növbəti qarşılaşmaya hazırlaşmalıyıq.
FIBA Çempionlar Liqasının “A” qrupu turnirin ən güclü qruplarından biridir, bəlkə də ən güclüsüdür. Püşkatmada bəxtimizin gətirdiyini söyləmək olmaz.
Bununla belə, hələ cəmi iki oyun keçirmişik və nəzərə almaq lazımdır ki, hər iki qarşılaşmanı səfərdə oynamışıq. Qarşıdakı ev oyunlarında uğurlu nəticələr qazanmalıyıq. Bundan sonra vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”.
“Gəncə” Yunanıstan klubuna məğlub olub “Neftçi” basketbol komandasının avrokubok oyununun məkanı dəyişib “Gəncə”dən yeni transfer ABŞ-li basketbolçu NTD-də - RƏSMİ “Gəncə” üçün uğursuz start
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















