Icma.az
close
up
RU
Bu müəllimlər də sertifikasiyadan olunsunlar! TƏKLİF

Bu müəllimlər də sertifikasiyadan olunsunlar! TƏKLİF

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb.

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır:

“Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir.

“Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”, - R.Dünyamalıyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri