Icma.az
close
up
RU
Sertifikasiyadan kəsilən müəllimlər kənd məktəblərinə göndərilsin! TƏKLİF

Sertifikasiyadan kəsilən müəllimlər kənd məktəblərinə göndərilsin! TƏKLİF

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı Azərbaycanda artıq bir neçə ildir ki, təhsilin keyfiyyətinə təsir edən əsas mexanizmlərdən biri kimi tətbiq olunur. Bu sistemdə aşağı bal toplayan namizədlər adətən Bakı və iri şəhərlərdəki məktəblərə yox, daha çox ucqar rayon və kənd məktəblərinə yönləndirilir. Bu, müəyyən mənada “seçici yerləşdirmə” prinsipinə əsaslanır. Yəni yüksək bal toplayan müəllimlərin seçim imkanları geniş olur, az bal toplayanlar isə mövcud boşluqlarla kifayətlənirlər. Bu modelin əsas məqsədi regionlarda müəllim çatışmazlığının qarşısını almaqdır.


Son günlərdə cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri də sertifikasiya imtahanında az bal toplayan müəllimlərin ucqar kənd məktəbinə göndərilməsi və orada dərs deməsi ilə bağlıdır.


Modern.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub. O qeyd edib ki, sertifikasiya imtahanı mahiyyətcə MİQ imtahanından fərqli mərhələdir. Bu imtahan artıq işləyən müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır və əsasən iki nəticə doğurur: müəllimin əmək haqqının artırılması və ya onun işdə qalmaq hüququnun qiymətləndirilməsi. 


“2023-cü ildə sertifikasiyada iştirak edən ibtidai sinif müəllimlərinin orta nəticəsi 54 bal olmuşdu, onların təqribən 80 faizi imtahanı müvəffəqiyyətlə keçmişdi. Lakin 20 faizdən çox müəllimin nəticəsi minimum keçid balından (30) aşağı idi və bu müəllimlər ya müddətli müqavilə ilə işə davam etdilər, ya da müqavilələri uzadılmadı. Bu yanaşma bir çox hallarda müəllimlərin iş yerlərini itirməsi ilə nəticələndi”.


K.Əsədov vurğulayıb ki, hazırda sertifikasiyada zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur.
“Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar. Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Ədalətli yanaşma tələb edir ki, onların biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun”.
 

“Dünya təcrübəsində bu sahədə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi prosesində imtahan yox, davamlı müşahidə, həmkar qiymətləndirməsi və inkişaf planları əsas tutulur. ABŞ-da isə müəllimlərin performans dəyərləndirilməsi əsasən “value-added” modeli ilə aparılır və nəticədə zəif nəticə göstərən müəllimlər üçün professional inkişaf proqramları hazırlanır. Onlara dərhal işdən çıxarılmaq əvəzinə, müəyyən müddət ərzində özlərini inkişaf etdirmələri üçün şans verilir.
Sinqapur və Cənubi Koreya kimi ölkələrdə isə müəllimlərin rotasiyası daha sistemli aparılır – yəni həm yüksək, həm də zəif nəticə göstərən müəllimlər dövri olaraq fərqli məktəblərdə işləməyə göndərilir və bu şəkildə bilik və təcrübə paylaşımı artırılır”,- deyə təhsil eksperti dünya nümunələrindən misal gətirib. 
 

Kamran Əsədov vurğulayıb ki, Azərbaycan təcrübəsində bu mexanizm hələ formalaşmayıb. MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşma tətbiq edilmir. Halbuki bu imtahandan da aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsil daha çox ehtiyac duyulan rayonlara yönləndirilməsi funksional bir model ola bilərdi. Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi.

Sertifikasiya imtahanından aşağı bal toplayan müəllimlərin region və ucqar kənd məktəblərinə göndərilməsinin müsbət və mənfi tərəflərindən danışan ekspert qeyd edib ki, əgər bu proses məcburi şəkildə həyata keçirilərsə, bu zaman müəllimlərin motivasiyası kəskin şəkildə azala bilər. Həmçinin ailəli, uzun illər bir bölgədə çalışan müəllimlərin başqa rayona göndərilməsi ciddi sosial narazılıq doğura bilər. Bu baxımdan, prosesin könüllülük əsasında həyata keçirilməsi, müəllimlərə alternativ təkliflərin verilməsi, maddi dəstəyin göstərilməsi zəruridir:
 

“Müsbət tərəfdən baxdıqda, bu model regionlar üçün bir fürsət ola bilər. Çünki hazırda Azərbaycanın bir çox kənd məktəblərində kadr çatışmazlığı mövcuddur və bəzən bu boşluqları heç kim doldurmur. Əgər sertifikasiyadan zəif nəticə göstərmiş müəllimlər həmin yerlərə yönləndirilsə və onların ixtisasartırma prosesləri paralel aparılsa, həm onların özlərini inkişaf etdirməsi təmin olunar, həm də region şagirdləri təhsildən məhrum qalmaz.

Sonda qeyd etmək lazımdır ki, müəllimlərin qiymətləndirilməsi və yerləşdirilməsi məsələsi yalnız rəqəmlərlə həll olunmamalıdır. Bu, sosial, pedaqoji və etik məsələdir. Əgər məqsədimiz təhsildə keyfiyyəti artırmaqdırsa, müəllimlərin bacarıqlarını artırmaq, onları dəstəkləmək və daha ədalətli bölgü mexanizmləri yaratmaqla bu məqsədə çatmaq mümkündür”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Mart 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri