Icma.az
close
up
RU
Bu müəllimlər kütləvi şəkildə imtahandan kəsiləcək: Bəs sonra?

Bu müəllimlər kütləvi şəkildə imtahandan kəsiləcək: Bəs sonra?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb.

Bununla bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır:

“Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib.

Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əməkhaqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar.

Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əməkhaqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir".

O qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi və burada biabırçılıq ortaya çıxdı:

"Həmin insanlar da vaxtilə hansısa yollarlasa, bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”.Qeyd edək ki, bir neçə ildir ki, ölkədə orta ümumtəhsil məktəblərinin müəllimləri sertifikasiyaya cəlb olunur və sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin işinə xitam verilir.

Onu da vurğulayaq ki, bu gün müəllimlərin, o cümlədən digər sahədə ixtisaslı kadrların yetişməməsinin bir səbəbi kimi onların ali təhsil ocaqlarında kifayət qədər yüksək biliyə yiyələnməməsi göstərilir.Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının bir çoxunda kifayət qədər yüksək təhsil verilməməsi, burada çalışan müəllimlərin tədrisə laqeyd yanaşması, bəzilərinin də bilik səviyyəsinin aşağı olması ilə əlaqələndirilir.

Belə olduğu təqdirdə universitetlərdə çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması bu sahədə problemi aradan qaldıra bilərmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"a bildirib ki, uşaq yaradıcılıq mərkəzlərində və universitetlərdə çalışan müəllimlərə prinsipial yanaşma sərgiləyərkən bu iki kateqoriyadakı müəllim fəaliyyətinin xarakteri, hüquqi statusu və funksional fərqlilikləri nəzərə alınmalıdır: 

"Uşaq yaradıcılıq mərkəzlərində çalışan pedaqoqlar ümumtəhsil sistemində olan təlimin alternativ və əlavə hissəsini həyata keçirirlər. Onlar rəsmi məktəb proqramından kənarda - incəsənət, texniki yaradıcılıq, teatr, musiqi, toxuculuq, dizayn, jurnalistika və digər sahələrdə şagirdlərlə məşğul olur.

 Bu fəaliyyət pedaqoji fəaliyyətdir, çünki burada müəllimlik funksiyası var, uşaqlarla sistemli məşğələ və inkişaf prosesi aparılır. Buna görə də bu mərkəzlərdə çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması müəyyən mənada qanuni və pedaqoji əsaslara söykənə bilər. 

Lakin ali təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması məsələsi daha mürəkkəb və həssasdır. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi bu sahədə çalışan şəxsləri ayrıca “elmi-pedaqoji kadrlar” kimi qiymətləndirir.

Universitet müəllimləri müsabiqə yolu ilə seçilir, elmi dərəcə və adlarla təyinat alır və onların fəaliyyətinə nəzarət əsasən universitetin elmi şurası, attestasiya komissiyası və akkreditasiya qurumları vasitəsilə aparılır. Əgər universitet müəllimləri üçün də orta məktəbdə tətbiq olunan test əsaslı sertifikasiya mexanizmi tətbiq olunsa, bu bir sıra risklər yarada bilər.

Birincisi, universitetlərdə tədris elmi fəaliyyətlə paralel gedir. Universitet müəllimi dərs deməklə yanaşı, tədqiqat aparmalı, məqalələr nəşr etməli, konfranslarda çıxış etməli, layihələrdə iştirak etməlidir.

Yalnız fənn biliklərini ölçən test yanaşması bu fəaliyyətləri əhatə edə bilməz və ali təhsilin mahiyyətinə zidd olar. İkincisi, hazırda universitetlərdə çalışan müəllimlərin əhəmiyyətli hissəsi artıq yaşca böyük və elmi fəaliyyətlə məşğul olan kadrlardır. Sertifikasiya tətbiq ediləcəyi halda, bu şəxslərdən bir çoxunun aşağı nəticə göstərməsi ehtimalı yüksəkdir.

Bu isə birbaşa olaraq kütləvi şəkildə iş yerlərinin itirilməsi və ali təhsildə ciddi kadr boşluğu ilə nəticələnə bilər. Xüsusilə də region universitetlərində bu proses geriyə doğru ciddi təsir göstərə bilər".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində ali təhsil müəssisələrində çalışan akademik heyətin keyfiyyəti adətən akademik performans (məqalə, tədqiqat, kitab), tələbə rəy anketləri, fakültədaxili attestasiya, elmi rəhbərlik və layihə fəaliyyəti kimi yollarla ölçülür:

"Məsələn, ABŞ, Böyük Britaniya və Almaniyada universitet müəllimləri testlə yox, “həmkarların rəyi” (“peer review”) və tədqiqat göstəriciləri ilə qiymətləndirilir.

Yaponiyada və Cənubi Koreyada isə akademik heyətin fəaliyyəti hər beş ildən bir elmi məhsuldarlıq və tədris keyfiyyətinə əsasən yenidən qiymətləndirilir, lakin bu sistem test yox, portfoliolar və rəhbərlik göstəriciləri üzərindən aparılır.

Əgər Azərbaycanda da ali təhsil müəssisələrində keyfiyyətin artırılması məqsədi ilə hansısa qiymətləndirmə mexanizmi tətbiq olunacaqsa, bu sertifikasiya deyil, akademik performans əsaslı akkreditasiya yanaşması olmalıdır.

Yəni müəllimin neçə məqaləsi var, hansı jurnal və bazalarda çap olunub, rəhbərlik etdiyi magistr və doktorantların müdafiə göstəriciləri, tədris etdiyi fənnin müasirliyi və tələbə rəyinə əsaslanan nəticələri qiymətləndirilməlidir. Bununla həm keyfiyyət ölçülər, həm də ədalətli sistem qurular. 

Uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması pedaqoji fəaliyyətin təkmilləşməsi baxımından əsaslı sayıla bilər. Lakin universitet müəllimləri üçün eyni yanaşmanın tətbiqi yanlış nəticələrə gətirib çıxarar.

Bunun əvəzinə universitet daxili attestasiya, performans dəyərləndirmə və müstəqil akkreditasiya mexanizmləri gücləndirilməli, ali təhsilin məzmununa uyğun və akademik azadlıq prinsipinə uyğun model qurulmalıdır. Ağırlıq testdə yox, elmi və pedaqoji töhfələrdə olmalıdır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: müəllimlər ixtisar imtahan yaradıcılıq mərkəzləri Kamran Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri