Icma.az
close
up
RU
A seriyasında ikihakimiyyətlilik yarandı

A seriyasında ikihakimiyyətlilik yarandı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

A seriyasında “Roma”nın vahid liderliyi yalnız bir həftə çəkdi.

"Football-plus.az" xəbər verir ki, paytaxt komandası 13-cü turun mərkəzi oyununda “Napoli”yə uduzdu. Nəticədə çempionatda ikihakimiyyətlilik yarandı.
Əvvəlki turda 1-ci yerə çıxan “Roma”nın “Napoli” ilə ev oyununda nəyə nail olacağı maraqla gözlənilirdi. Bu mövsüm A seriyasında heç-heçəyə razılaşmayan paytaxt komandası son çempiona qarşı ciddi nəsə təklif edə bilmədi. Əksinə, qonaqlar ilk dəqiqələrdən meydana yalnız qələbə üçün çıxdıqlarını əyani göstərdilər. Svilar üç epizodda komandasını xilas etsə də, 36-cı dəqiqədə “Napoli”nin qurduğu sürətli əks-hücumun qarşısını ala bilmədi. Neresin qolu qonaqların ilk hissəni minimal üstünlüklə başa vurmasını təmin etdi. Fasilədən sonra Maktominey komandasının ikinci qolunu vurmağa yaxın oldu, amma Svilar buna imkan vermədi. Can Pyero Qasperini Dibalanı mübarizəyə qoşmaqla komandasının hücumunu gücləndirməyə çalışdı. Lakin bu gediş güclü effekt vermədi. Ona görə ki, neapollular həm topla, həm də topsuz oyunda rəqibindən güclü təsir bağışlayırdı. Romalılar yalnız son dəqiqələrdə məğlubiyyətdən qaça bilərdilər. Dibalanın zərbə mövqeyinə çıxardığı Baldantsiyə Milinkoviç-Saviç vaxtında mane oldu. Beləliklə, “Roma” liderlikdən 4-cü yerə düşdü, çərşənbə axşamı Neapolda “Qarabağ”a 2:0 hesabıyla qalib gələn Antonio Kontenin komandası isə daha bir vacib oyunda maksimum xal qazanmaqla şərikli liderliyə yiyələndi.
Çünki turun maraq doğuran digər matçı “Milan”ın qələbəsi ilə nəticələndi. “Latsio” ilə ev oyununun ilk hissəsində qonaqlar daha yaxşı təsir bağışladılar. Xila ilə Zakkanyinin təhlükəli zərbələrini dəf edən Menyan komandasının fasiləyə qol buraxmadan yollanmasında böyük rol oynadı. İkinci hissəyə fəal başlayan milanlılar ilk ciddi cəhdində hesabı açdılar. Tomorinin ötürməsini qola çevirən Leao bu mövsüm A seriyasında 5-ci dəfə qapıya yol tapdı. Hesabın açılmasından ruhlanan Massimiliano Alleqrinin komandası hücumda fəallığı artırdılar. Provedel bir neçə epizodda “Latsio”nu qoldan xilas etdi. Bəzi məqamlarda ev sahibləri qeyri-dəqiq zərbələrlə imkanları boşa verdilər. Son saniyələrdə baş verən epizod böyük mübahisə doğurdu. Romanyolinin zərbəsindən sonra top Pavloviçin dirsəyinə dəydi. Amma hakim videotəkrara dəfələrlə baxandan sonra “Milan”ın qapısına penalti təyin etmədi. Cüzeppe Kollu həmin epizodda Pavloviçin romalıların oyunçusu Maruşiçin kobudluğuna məruz qaldınına qərar verdi. Nəticədə 1:0 hesablı qələbə lombardiyalıları çempionatın şərikli liderinə çevirdi. Bütün turnirlərdə məğlubiyyətsiz seriyası 13 oyuna (9 qələbə, 4 heç-heçə) çatan “Milan” topların daha yaxşı fərqinə əsasən “Napoli”ni arxada qoyaraq 1-ci yerə çıxdı.
Ötən tur derbidə “Milan”a minimal hesabla uduzan “İnter” Çempionlar Liqasında “Atletiko”ya da boyun əymişdi (1:2). Kristian Kivunun komandası “Piza” ilə oyunun favoriti sayılırdı. “Qara-göylər” ilk hissədə rəqib müdafiəsini heç cür yara bilmədilər. Onlar yalnız matçın ikinci yarısında statusunu doğrulda bildilər. Lautaro Martinesin iki qolu bu mövsüm çempionatda “ya qələbə, ya məğlubiyyət” devizi ilə diqqəti cəlb edən “İnter”i topların daha yaxşı fərqinə görə 3-cü yerə yüksəltdi.
“Sassuolo”ya 2:0 hesabıyla qalib gələn “Komo” 6-cı yerdəki mövqeyini qorudu. “Yuventus” isə “Kalyari” üzərində əzmkar qələbə (2:1) ilə 7-ci yerdə qaldı. Ölkə nəhənginin yeni baş məşçqisi Luçano Spallettinin rəhbərliyi altında keçirdiyi 6-cı oyunda da uduzmadığını (3 qələbə, 3 heç-heçə) qeyd edək.
Nəhayət, “Atalanta” çempionatda 8 oyunluq qələbəsiz seriyaya son qoydu. “Fiorentina”nı 2:0 hesabıyla məğlub edən berqamolular rəqibin qələbəsiz seriyasını davam etdirdilər.
13-cü tur
Yuventus – Kalyari 2:1

Yıldız, 27; 45+1 – S.Espozito, 26. (39282)
Yuventus: Perin, Kelli, Kalulu, Koopmeyners, Lokatelli, K.Türam (Miretti, 70), Kostiç (Kambyazo, 46), Makkenni, Konseysao (Kabal, 85), Yıldız (Openda, 85), Vlahoviç (Devid, 31).
Milan – Latsio 1:0
Leao, 51. (73156)
Milan: Menyan, Qabbya, Pavloviç, Tomori, Bertezaqi, Rabyo, Fofana (Loftus-Çik, 86), Modriç, Salemakers, Nkunku (Riççi, 82), Leao.
Latsio: Provedel, Luka Pelleqrini (Tavareş, 85), Romanyoli, Xila, Maruşiç, Başiç (Noslin, 85), Vesino (Dele Başiru, 62), Genduzi, Zakkanyi, İsaksen (Pedro, 70), Dia (Kastelyanos, 62).
Piza – İnter 0:2
L.Martines, 69; 83. (12542)
İnter: Zommer, Bastoni, Açerbi (Diuf, 67), Akanci, Dimarko, Barella, Suçiç (Zyelinski, 46), Çalhanoğlu, Luis Enrike (Bissek, 67), L.Martines (Auqusto, 87), M.Türam (F.Espozito, 67).
Atalanta – Fiorentina 2:0
Kossunu, 41. Lukman, 51. (12542)
Atalanta: Karnesekki, Kossunu, Cimşiti, Hin (Kolaşinats, 86), Bellanova, Zappakosta (Zalevski, 67), Ederson (Paşaliç, 67), De Roon, De Ketelare, Lukman (Sulemana, 77), Skamakka (Krstoviç, 77).
Fiorentina: De Xea, Ponqraçiç, Mari (Komutso, 75), Ranyeri, Parizi, Dodo (Fortini, 64), Zom (Ndur, 79), Facoli (Qudmundsson, 64), Mandraqora, Pikkoli (Riçardson, 79), Ken.
Roma – Napoli 0:1
Neres, 36. (63937)
Roma: Svilar, Ndika, Mançini, Ermoso, Çelik, Fransa (Əl-Şaaravi, 82), Kristante (Əl-Aynaui, 62), Kone, Lorentso Pelleqrini (Beyli, 80), Sule (Dibala, 62), E.Ferqyuson (Baldantsi, 62).
Napoli: Milinkoviç-Saviç, Buoncorno, Rrahmani, Beukema, Olivera, Di Lorentso, Lobotka, Maktominey, Lanq (Politano, 69), Neres (Lukka, 85), Höylunn (Elmas, 80).
Komo – Sassuolo 2:0
Duvikas, 14. Moreno, 53. (12243)
Parma – Udineze 0:2
Zanyolo, 11. Devis, 65-p. (17232)
Leççe – Torino 2:1
Kulibali, 20. Banda, 22 – Adams, 57. (24776)
Cenoa – Verona 2:1
Kolombo, 40. Torsbyu, 62 – Belqali, 21. (29916)
Bolonya – Kremoneze 1:3
Orsolini, 45+3-p. – Payero, 31. Vardi, 34; 50.
1. Milan 13 8 4 1 19-9 28
2. Napoli 13 9 1 3 20-11 28
3. İnter 13 9 0 4 28-13 27
4. Roma 13 9 0 4 15-7 27
5. Bolonya 13 7 3 3 22-11 24
6. Komo 13 6 6 1 19-7 24
7. Yuventus 13 6 5 2 17-12 23
8. Latsio 13 5 3 5 15-10 18
9. Udineze 13 5 3 5 14-20 18
10. Kremoneze 13 4 5 4 16-17 17
11. Sassuolo 13 5 2 6 16-16 17
12. Atalanta 13 3 7 3 16-14 16
13. Torino 13 3 5 5 12-23 14
14. Leççe 13 3 4 6 10-17 13
15. Kalyari 13 2 5 6 13-19 11
16. Cenoa 13 2 5 6 13-20 11
17. Parma 13 2 5 6 9-17 11
18. Piza 13 1 7 5 10-18 10
19. Fiorentina 13 0 6 7 10-21 6
20. Verona 13 0 6 7 8-20 6
Bombardirlər: L.Martines (İnter), Orsolini (Bolonya) - 6, Pas (Komo), Çalhanoğlu (İnter), Leao, Pulişiç (hər ikisi “Milan”) - 5.
Növbəti turun oyunları dekabrın 6-8-i aralığında keçiriləcək: Sassuolo - Fiorentina, İnter - Komo, Verona - Atalanta, Kremoneze – Leççe, Kalyari - Roma, Latsio - Bolonya, Napoli - Yuventus, Piza – Parma, Udineze – Cenoa, Torino - Milan.
Turun rəqəmi
20 – “Kalyari” ilə oyun türk yarımmüdafiəçi üçün ikiqat əlamətdar oldu. O, dubl etməklə “Yuventus”un əzmkar qələbəsində böyük rol oynadı. Kənan bununla adını klubun tarixinə yeni rekordçu kimi yazdı. O, Alessandro Del Pyeroya məxsus göstəricini arxada qoyaraq “Yuventus”un İtaliya çempionatında 20 qol vuran ən gənc oyunçusu oldu. Turin klubunun yetirməsi olan Yıldız əsas komandada 2023-cü ildən çıxış edir.
Turun ulduzu
David Neres (Napoli ) - turun mərkəzi oyununu yüksək səviyyədə keçirdi. “Roma” ilə matçda ən yaxşı keyfiyyətlərini göstərən David hazırda əla formada olduğunu bir daha sübut etdi. Son oyunlarda qolları sıralayan braziliyalı neapolluların həlledici hücumunu özü başlayıb sona çatdırdı.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Razıyam, ona görə ki, futbolçularımızın necə xarakter nümayiş etdirdiyini gördüm. Biz matçın lap əvvəlindən onların gözlərinə baxırdıq. İndi ən çətin dövrümüzü yaşayırıq: bir çox oyunçularımız zədəlidi və onlardan hələ bir neçə həftə də yararlana bilməyəcəyik. Qalan futbolçuların sağlamlığında ciddi problemlərin ortaya çıxmayacağına ümid edirəm. Əks halda çətinliklərimiz daha da artacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see552

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see266

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see261

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see258

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see253

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see249

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see244

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see242

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see241

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see222

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see221

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see215

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see206

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see202

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see201

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see197

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see190

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see183

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see181

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri