Bu müharibə fəlakətdir Omanın xarici işlər naziri
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi İrana qarşı aparılan müharibənin "rəsmi olaraq qarşıya qoyulan məqsədlərin heç birinə nail olmadığını" və BMT mandatına əsaslanmadığını bildirib.
Sitat.info xəbər verir ki, nazir bu fikirləri Fransanın Le Monde qəzetində dərc olunan məqaləsində səsləndirib.
"Bu müharibə fəlakətdir", – deyə əl-Busaidi yazıb.
Nazir əlavə edib ki, əgər bu müharibə nəhayət, Fars körfəzi regionunda "məhdudlaşdırma" siyasəti ilə bağlı mifə son qoyarsa, bu, ümid üçün əsas yarada bilər. Onun sözlərinə görə, bu halda, təxminən yarım əsr davam edən strateji səhvləri düzəldəcək, daha ədalətli, daha realist və daha effektiv təhlükəsizlik sisteminin formalaşması mümkün olacaq.
Omanlı nazir hesab edir ki, region üçün ən ciddi təhlükələr Tehrandan deyil, Təl-Əvivdən qaynaqlanır.
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 14 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















