Icma.az
close
up
RU
Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 yanvar, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə xarici işlər naziri Bədr əl-Busaidi parlamentlərarası münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeyd edərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznes sahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcud olduğunu bildirib. Bu sahələr üzrə əlaqələrin daha da genişlənməsinə parlamentlərin mühüm töhfə verə biləcəyini söyləyib.

Nazir Azərbaycanın strateji coğrafi mövqeyinin logistika və nəqliyyat sahələrində geniş imkanlar yaratdığını, Omanın isə əsas beynəlxalq nəqliyyat yollarının kəsişməsində yerləşməsinin birgə əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

S.Qafarova görüşdə Azərbaycan ilə Oman arasında mövcud münasibətlərin möhkəm əsaslara söykəndiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

O, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini, Oman Sultanlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlı qəbul edilən sənədlərdə ölkəmizə daim dəstək göstərildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətə çatdırılıb.

S.Qafarova qanunverici orqanlar arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsilə qarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətində ardıcıl səylərin göstərildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ilin yanvarında iki ölkənin spikerlərinin ilk görüşdən sonra parlamentlərarası əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib, müxtəlif səfər və tədbirlər çərçivəsində qarşılıqlı görüşlər keçirilib.

Tərəflər həyata keçirilən qarşılıqlı təmasların ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd ediblər.

S.Qafarova vurğulayıb ki, Azərbaycan və Oman sülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakter daşıyır.

Görüşdə humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu çərçivədə Leyla Əliyevanın Omana səfərinin mədəni əlaqələrin, humanitar əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Söhbət zamanı regiondakı mövcud vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra ölkəmizin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, xüsusilə Vaşinqton sammitindən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin regionda yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində görülən işlərin regionda sabitliyə və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri