Icma.az
close
up
RU
Bu müharibədə kim uddu, kim uduzdu...

Bu müharibədə kim uddu, kim uduzdu...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Əfşar Süleymani: “İran ABŞ-a əsla inanmır”
Maşallah Rəzmi: “Hər üç tərəf uduzub”

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.
Bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər - Qətər və Pakistan Xarici İşlər nazirliklərinin (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb.
Qeyd edilib ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, həvəsləndirici irəliləyişlər əldə olunub.
Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb.
"Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb", - bəyanatda qeyd edilib.
Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlindiyi diqqətə çatdırılıb.
"Vasitəçi tərəflər yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklər", - Qətər və Pakistan XİN-in birgə bəyanatında bildirilib.
Xatırladaq ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunduğunu açıqlayıb.
ABŞ-İsrail-İran müharibəsində uduzan və udan tərəf kim oldu?
Bu sualla bağlı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani qəzetimizə açıqlamasında deyib ki, hələlik bu razılaşma niyyət protokolu adlandırılır. Uranın zənginləşdirilməsi və sanksiyalar məsələsinin həll olunması, bu əsas mövzudur deyə, iki ay müddətində danışıqlar aparılacaq. Bununla bağlı bir texniki komitə də yaradılıb. O gün ABŞ prezidenti Donald Tramp yaramaz sözlər də işlədib. Yenə də İranı təhdid etdi. İran ABŞ-a əsla inanmır, buna da səbəbi var: “Bütün dünya gördü ki, Tram İsraillə bərabər danışıqlar masasına bomba atıb. Tramp danışıqlara iki gün qalmış razılaşmanı pozdu, ona görə Tehran ona inanmır. Amma buna baxmayaraq, İran danışıqlara razılıq verib, təbii ki, İran ABŞ-la danışmalıdır, özü də birbaşa, üz-üzə. Mən bunun tərəfdarıyam, bu daha yaxşı nəticə verə bilər. Bu günlərdə ABŞ-İran mövzusuyla bağlı Türkiyə mediası mənim fikirlərimi aldı, orada da dedim ki, müharibələrin sonu müzakirələrlə bitib. Trampın ağlı başında olsaydı vaxtında bu məsələni həll edərdi. Axı İran danışıqlar tərəfdarı idi. Tramp Netanyahunun toruna düşüb İrana hücum etdi, düzdür, İrana çox ziyan dəydi. Amma hər halda iqtisadi cəhətdən ziyan, insanların ölümü, dağıntılar, tarix bunu heç vaxt bağışlamayacaq”.
Ə.Süleymani onu da vurğuladı ki, ABŞ istəyinə çatmadı, zənginləşdirilən uranı götürə, rejimi dəyişdirə, İranın neftinə sahib ola, raketlərini götürə bilmədi. İran ona göstərdi ki, bu mümkün deyil. ABŞ bir məktəbi vurmaqla 168 şagird şəhid oldu, amma bir dəfə də olsun üzr istəmədi: “Belə söhbət də var ki, ABŞ İranın Lamird şəhərində kimyəvi silahlarını test edib. Amma bununla yanaşı Tramp ABŞ-a, xalqına imicinə ziyan vurdu. Biz deyə bilmərik ki, bu müharibədə kim uddu, kim uduzdu. İran ziyan çəkdi, ABŞ istəyinə nail ola bilmədi. İndi İran istədiklərini ala bilir. Hadisəni əhatəli formada təhlil etdikdə ABŞ uduzub. Bu gün Tramp danışıqlara üstünlük verib, seçkiqabağı bir siyasi gedişdir, bilmirəm, amma özü də deyib ki, əsas səbəb neftin qiymətinin qalxması, blokadanı aradan götürmək, Hörmüz boğazının açılması məsələləri önəm kəsb etdiyindən danışıqlar vacibdir. ABŞ İrandan qat-qat güclü dövlətdir, amma İranın da gücü var ki, ABŞ-ın regiondakı hərbi bazalarını vursun, bunu göstərdi. Bundan başqa İran geosiyasi güc və təsir imkanlarından istifadə etdi, Hörmüz boğazını bağladı ki, bu da ətraf və regiondakı iqtisadi vəziyyəti gərginləşdirir. İndi danışıqlar və razılaşmalardan görünür ki, İran üzərindən maliyyə, dondurulan aktivlər üzərindən sanksiyalar götürülüb. İsrailin Livanda hücum məsələsinə ara verməsi də danışıqlar masası üzərindədir, görək bu aylar ərzində tərəflər necə addım atacaq”.
Araşdırmaçı, yazar Maşallah Rəzmi isə deyib ki, İrandakı davanın üç tərəfi var - ABŞ, İran və İsrail. Bu gün ABŞ-İran arasında əldə olunan razılaşma sənədində əsl tərəfdən biri olan İsrailin adı yoxdur. İsrail tərəflərin münaqişədə olmasını istəyir. Onun fikrincə, bu münaqişədə hər bir tərəf uduzub. İran hakimiyyətini devirmək, onu daş dövrünə qaytarmaq, mədəniyyətini məhv etmək istəyən ABŞ bina nail ola bilmədi. Əksinə, ABŞ özünü pis vəziyyətə qoydu, müharibədən əvvəl Hörmüz boğazı açıq idisə, müharibə vaxtı İran onu bağladı, bu da geosiyasi, iqtisadi vəziyyəti gərginləşdirir. Bundan başqa ABŞ-ın daxilində Trampa müxalif qüvvələr bu müharibəni əsas gətirərək ona qarşı mübarizəni gücləndiriblər. Ölkədə parlament seçkiləri ərəfəsində zaman Trampın xeyrinə işləmir. Digər tərəfdən də ölkə iqtisadiyyatına böyük zərbə dəyib, axı Pentaqon İranla müharibədə milyardlarla dollar xərc çəkib: “Mən hələ itirilən silahların dəyərini demirəm. Ötən və builki müharibədə İranın 39 minə yaxın yeri bombalanıb və ümumilikdə 5 minə yaxın insan həlak olub. Hökumət özü deyib ki, bu müharibədə ölkəyə 300 milyard dollar zərər dəyib. Ölkənin iri zavod və fabrikləri dağıdıldığından işsizlərin sayı artdı, indi işsizlərin sayı 6 milyonu ötüb. İran ordusunun yüksək rütbəli zabitləri, dövlət və hökumət rəsmiləri öldürülüb, körpülər, strateji obyektlər dağıdılıb.
Üçüncü itirən tərəf isə İsraildir. İsrail ABŞ-ı İrana qarşı müharibəyə sürüklədiyini və elə düşündülər ki, onların İrana hücumu daxildə xalqı ayağa qaldıracaq və hökumətə qarşı etirazlar olacaq və rejim çökəcək. Bu alınmadı, hətta İsrail - ABŞ münasibətlərində də soyuqluq yarandı. İsraildə keçiriləcək seçkilərdə Netanyahunun yenidən qələbə qazanması da şübhə altındadır. Ümumilikdə, bu müharibədə birinci uduzan tərəf ABŞ, ikinci İsrail, üçüncü isə İrandır”.
M.Rəzmi onu da deyib ki, həm ABŞ, həm İran bu müharibədə qələbə qazandıqlarını bəyanlayırlar: “Tramp elə danışır ki, guya bütün istəklərinə nail olub. İran da elə danışır ki, guya ABŞ kimi qüdrəti bir dövləti ram edib. On dörd maddəlik bir razılaşma ki var, o tərəflərin bir araya gəlməsinə məcbur edib. Alman filasofu İmanuel Kant deyib ki, müharibədə döyüşən tərəflər o zaman danışıqlara gedər ki, orduları taqətdən düşür və sülhün faydasını müharibədən artıq görsün. Bu danışıqların sona kimi necə nəticələnəcəyi bilinmir. Amma İsrail istəmir ki, tərəflər arasında sülh olsun, ABŞ-dakı Trampa qarşı olan müxalifət də onun məğlub olduğunu qeyd ediblər, İranda hakimiyyətə müxalif qüvvələr, o cümlədən Hizbullah tərəfdarları da İranın təslim olduğunu deməklə müharibənin yenidən başlamasına cəhd edirlər. Əhali İranın acınacaqlı iqtisadi vəziyyətindən əziyyət çəkir, yerli iqtisadçılar deyir ki, İkinci dünya müharibəsindən sonra İranda belə bir vəziyyət ilkdir. Adi çörəyin qiyməti on qat artıb, iki il öncə bir manata satılan çörək bu gün on manata satılır. Ona görə də İran müharibənin davam etməsini istəmir, ABŞ da eynən, müharibə davam edərsə dünya iqtisadi təhlükə ilə üzləşə bilər, bundan başqa Respublikaçılar Partiyasının nüfuzu zəfləyır. Ona görə də hər iki tərəf müharibənin onlara xeyir gətirməyəcəyi dərk edib bu razılaşmaya gedib”.
Bu arada BMT ekspertləri ABŞ və İran arasında mümkün sülh və ya razılaşma prosesində insan haqları məsələlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Xarici medianın yazdığına görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato və bir qrup müstəqil ekspert yayılan birgə bəyanatda mümkün razılaşmanı ehtiyatla müsbət qiymətləndirsələr də, insan haqları sahəsində mövcud problemlərin kənarda qalmasının ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq ediblər.
May Sato bildirib ki, İranda insan haqları vəziyyəti nəzərə alınmadan bağlanacaq hər hansı saziş davamlı sülhün formalaşmasına xidmət etməyəcək.
Ekspertlər qeyd ediblər ki, yalnız geosiyasi maraqlara əsaslanan, lakin əhalinin hüquq və tələblərini nəzərə almayan razılaşmalar real və davamlı sülh sazişi sayıla bilməz.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 İyun 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri