Icma.az
close
up
RU
Bu sevgidə kim uduzdu, kim uddu? YAZI

Bu sevgidə kim uduzdu, kim uddu? YAZI

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli premyer-liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyunu təxmin oluna biləcək hesabla bitsə də, hadisələrin axarı hamını xeyli təəccübləndirdi. Artıq 60-cı dəqiqədə “bayquşlar”ın futbolçusu Coy-Lens Mikels azarkeşləriylə birgə komandasının üçüncü qolunu qeyd edirdi. Əlbəttə, Portuqaliya nəhənginin – “Benfika”nın meydanında 0:2 hesabıyla məğlub duruma düşsə də, qələbə qazanan “köhlən atlar” (3:2) bu məqamda “ağ bayraq qaldıra” bilməzdi. Odu ki, Masazır təmsilçisinin 73-cü dəqiqədən etibarən buraxdığı qollar üzündən qələbəni əldən verməsi əksər futbolsevərləri təəccübləndirmədi.

Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan komandanın belə önəmli oyunda son saniyələrə qədər vuruşmayacağını düşünmək sadəlövhlük idi. Qonaqlar bunu hesaba qatmadı. Meydan sahiblərini bir saat ərzində küncə sıxışdıran, hesabı darmadağın həddinə çatdıran “Sabah” son 30 dəqiqədə özünə bənzəmədi.
Bəlkə də baş hakim Tural Qurbanov final fitini vaxtından əvvəl səsləndirməsəydi, bu gün fərqli cür danışacaqdıq. Lakin indi geri yox, irəli baxmağın vaxtıdı. Axı hələ 3-cü dövrə, bir-birindən maraqlı keçəcəyi gözlənilən daha 11 tur var. Qurban Qurbanov demişkən, “Qarabağ” artıq “Sabah”ın gücünə daha yaxşı bələd oldu. Valdas Dambrauskas da başverənlərin onların xeyrinə olduğunu düşünməkdə haqlıdı. “Bayquşlar” öyrəndi ki, final fiti çalınmadıqca 3:0 hesablı üstünlük belə qələbə qazanmaq deyil.
Deməli, bizi 3-cü dövrədə daha gərgin və baxımlı “Qarabağ” – “Sabah” dueli gözləyir. Bu komandaların ölkə kubokunun yarımfinalında qarşılaşmaq ehtimalının yüksək olduğunu da nəzərə almalıyıq. Bəllidi ki, həmin matçlar reallaşsa, həm Qurbanov, həm də Dambrauskas rəqibini daha yaxşı təhlil edəcək.
Kəsəsi, uzun müddət sonra ilk dəfə bu cür oyuna şahidlik etdik və görünür, azı bir belə matç da izləyəcəyik. Bəlkə də onda həm qalibin, həm də çempionun adını öyrənmiş olacağıq.
Bugünün qalibi “Sabah”dı, sabahın qalibini isə məhz “Sabah” “təyin edəcək”. Çünki artıq “Qarabağ”ın taleyi öz əlində deyil! Bundan sonra keçirəcəyi bütün qarşılaşmalarda qələbə qazansa belə!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri