Icma.az
close
up
RU
Bu müharibədə təcavüzkara güzəşt olmamalıdır

Bu müharibədə təcavüzkara güzəşt olmamalıdır

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq hüquqa, bəşəri dəyərlərə etinasızlıq davam etdikcə siyasi münasibətlər tragikomediya vəziyyətinə düşür. Florida ştatında Volodimir Zelenski ilə ABŞ prezidenti arasında keçirilən görüş ən azından ekspertlər tərəfindən diqqətlə izlənilirdi. Həmin müzakirələrdən sonra Trampın Rusiya prezidenti haqqında “Vladimir Putin Ukraynanın uğurunu istəyir, bunun üçün çox şey edir” açıqlaması acı gülüş doğurur.

Xalqcebhesi.az xəbər verir, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, dünyanın bir nömrəli güc mərkəzinə, ABŞ-a rəhbərlik edən cənab Trampı anlamaq olmur.
Müasir dünyanın gözü qarşısında Ukraynada dinc insanlara qarşı törədilən qətlləri, şəhərlərin yer üzündən silinməsini, yaşayış evlərinin, xəstəxanaların, uşaq bağçalarının vurulmasını necə unutmaq olar?

"Təbii ki, müharibənin öz qaydaları var. Amma hədəf dinc insanlar, yaşayış binaları, xəstəxanalar olmamalıdır. Bu qədər ağır cinayətlərdən sonra təcavüzə məruz qalanı deyil, təcavüz edəni bütün məqamlarda dəstəkləmək, görünür strateji ticari istəklərdən irəli gəlir.
XII əsrdə Şərqdə müəyyən mənada intibah dövrü olanda Qərbdə quldarlıq prinsipləri hökm sürürdü. Bu gün qoca Avropa qitəsi yenədəmi əvvəlki dönəminə qayıtmaq istəyir. XXI əsrdə ticari yanaşmalarla müharibənin taleyini həll etmək mümkünsüzdür.

Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində ədalətsiz yanaşma, rəsmi Moskvanın istəklərinə boyun əymək Şərqi Avropa ölkələri ilə bərabər keçmiş sovet respublikaları üçün də ciddi təhlükələr vəd edir. Məhz ona görə, bu müharibədə təcavüzkara heç bir güzəşt olmamalı, bu gün unudulan beynəlxalq hüququn prinsipləri tətbiq olunaraq proses yekunlaşmalıdır. Yalnız ədalətli sülhdən və yaxud uzunmüddətli atəşkəsdən sonra ticari məqsədlərin reallaşması mümkün olar" - deyib politoloq.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri