Bu nazir vəzifəsindən kənarlaşdırılacaq Almaniyada
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Almaniya kantsleri Fridrix Merts nəqliyyat naziri Patrik Şnideri (Xristian-Demokrat İttifaqı - XDİ) vəzifəsindən azad etməyi planlaşdırır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti XDS/XSS blokundakı mənbələrinə əsasən məlumat yayıb.
Qeyd olunur ki, kantslerin bu addımı atmasına səbəb ölkənin dəniz, dəmir yolu və infrastruktur böhranı fonunda nazirin fəaliyyətindən kəskin narazılığıdır. Şnider rekord büdcəyə malik olmasına baxmayaraq, yeni körpülərin və infrastrukturların tikintisinə vəsaitin qalmadığını bəyan edib.
Bundan başqa, "Deutsche Bahn" dəmir yolu konsernində də problemlər həllini tapmayıb. Ölkədəki nəqliyyat xaosunu dövlətin acizliyi kimi qiymətləndirən Merts üçün nazir ciddi siyasi yükə çevrilib.
Məlumata görə, kantsler İqtisadiyyat naziri Katerina Rayhenin də işindən narazıdır, lakin hələlik ona xəbərdarlıq etməklə kikayətlənib.
Zeynəb Rzayeva
Baxış sayı:147
Bu xəbər 24 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















