Icma.az
close
up
RU
“Bu nazirlik “mehdiyevçilər”ə milyonlarla yardım edib”: Sabiq deputatdan şok ittiham

“Bu nazirlik “mehdiyevçilər”ə milyonlarla yardım edib”: Sabiq deputatdan şok ittiham

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyi Yuva” Feminist təşkilatına milyonlarala manat qrant vəsaiti bağışlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu iddia ilə sabiq deputat Etibar Əliyev çıxış edib.

O, sosial şəbəkə hesabında yazıb:

“Bu təşkilat qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən külli miqdarda maliyyə vəsaitləri əldə ediblər. Həmin dəstəyə cəlb olunan şəxslərin əldə etdikləri iri məbləğlər təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilinə sərf edilib. 

Təkcə ötən il Elm və Təhsil Nazirliyi bu feminist təşkilata qrant layihəsi adı ilə 102 min manat pul verib. Nəzərə almaq lazımdır ki, nazirlik bu təşkilatı 2016-cı ildən himayə edir. Ötən ilin dekabrında araşdırmalar zamanı məlum dəstənin layihələrlə əlaqəli əldə etdikləri təxmini 700000 manat dəyərində maliyyə vəsaitləri, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib”.

O da bildirilib ki, nazirlik müəllimlər üçün heç bir əhəmiyyatı olmayan “təlimlər” keçirən “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır:

“Bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir. “Savad” təlimçiləri müəllimlərin istirahət hüququnu kobud şəkildə pozurlar. Belə ki, hər həftənin altıncı və bazar günləri axşam saatlarında müəllimləri nazirliyin adından təhdid edərək lazımsız təlimlərə cəlb edirlər. 

2013-cü ilin dekabrın 14- də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayının gedişatında Ramiz Mehdiyev tanınmış bir professor pedaqoqun adını çıxışçılar siyahısından silərək Məhəbbət Vəliyevanın adını yazmışdı. 

Şübhəsiz ki, Məhəbbət Vəliyeva qurultaya hazır konspektlə gəlmişdi. Məhəbbət Vəliyeva həm də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq - Qərb” nəşriryyatına iri məbləğdə pulların verilməsinə vasitəcilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir. 

Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib.

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.

İstər feministlər, istərsə də R. Mehdiyevin oğlu və yaxın adamlarının sümürdüyü milyonların harada və nəyə xərclənməsinin izinə düşülməlidir”.

“Cebheinfo.az” iddialarla bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri