Icma.az
close
up
RU
SABİQ DEPUTATDAN MEHDİYEVƏ İTTİHAM “Bu, dövlət əhəmiyyətli layihəyə xəyanət idi”

SABİQ DEPUTATDAN MEHDİYEVƏ İTTİHAM “Bu, dövlət əhəmiyyətli layihəyə xəyanət idi”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə ekspert Etibar Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə bağlı ciddi ittigamlar səsləndirib.

"AzPolitika" xəbər verir ki, o, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin bu sahədə “dövlət əhəmiyyətli bir layihəni urvatsız hala saldığını” bildirib.

Etibar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla Azərbaycan Milli Ensiklopediyasının latın qrafikası ilə hazırlanaraq nəşr edilməsi dövlət əhəmiyyətli məsələ kimi təsbit olunmuşdu. 

Onun sözlərinə görə, həmin sənəddə Ensiklopediyanın 2004–2008-ci illər ərzində çoxcildli şəkildə nəşri nəzərdə tutulurdu: “Lakin sərəncamın imzalanmasından 21 il keçməsinə baxmayaraq cəmi 9 cild çapdan çıxıb. Bu işə məsul şəxs isə Ramiz Mehdiyev idi".

Etibar Əliyev deyib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tikilib istifadəyə verildikdən sonra, Ramiz Mehdiyev həmin binanın iki mərtəbəsini oğluna məxsus "Şərq–Qərb" nəşriyyatına verib.

“Bu, dövlət əhəmiyyətli bir layihəyə qarşı açıq sayğısızlıq idi. Ensiklopediyanın məzmununda da ciddi qüsurlar var idi: plagiatlıq, tərcümə səhvləri, anlayışların düzgün verilməməsi və hətta milli maraqlara zidd məqalələr yer almışdı,” - deyə o bildirib.

Etibar Əliyev qeyd edib ki, bu problemlərlə bağlı 2018-ci ildə Ramiz Mehdiyevin adına məktub ünvanlasa da, ona heç bir cavab verilməyib. Onun fikrincə, baş verənlər təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilən siyasətin tərkib hissəsi olub.

“Ölkələr bütün dövrlərdə öz intellektual potensiallarını önə çəkiblər və bu potensial Milli Ensiklopediyada təcəssüm olunur. Ramiz Mehdiyevin Ensiklopediyaya düşmən münasibəti nəticəsində bu sahə nəinki inkişaf etmədi, hətta cəmiyyətin böyük əksəriyyəti Milli Ensiklopediya barədə xəbərsiz qaldı,” – deyə Etibar Əliyev vurğulayıb.

Sonda ekspert əlavə edib: Qalib xalqın Milli Ensiklopediyasına xəyanət etmək də dövlətə qarşı cinayətdir".

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri