Bu nazirlikdəki nöqsanların aradan qaldırılması gecikir Rəsmi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 3-nün aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.
Bu barədə Globalinfo.az-a Palatadan bildirilib.
Məlumata görə, həmin təkliflər aşağıdakılardır:
– Qərarın aidiyyəti bəndlərində göstərilənlərə əsasən müvafiq illər üzrə əməliyyatların məzmununa və xarakterinə uyğun olaraq kassa və faktiki xərclər, eləcə də uçotdan yayındırılmış aktivlərin baş vermə səbəbinə uyğun olaraq müvafiq hesablar üzrə mühasibat yazılışı verilməklə maliyyə hesabatlarında əks etdirilməsi;
– 2022-ci il üzrə 35 967 manat, 2023-cü il üzrə 30 668 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin hərəkətinə dair mühasibat uçotunda müvafiq müxabirləşmə verilərək hesabat dövrünün sonuna qalığın müəyyən edilməsi və 2023-cü il hesabat dövrü üçün tərtib ediləcək maliyyə hesabatlarında 888 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin qalığının əks etdirilməsi;
– baş vermiş əməliyyatlara uyğun olaraq uçotda mühasibat yazılışları verilməklə Goranboy, Yardımlı və Tərtər olimpiya idman komplekslərinin Nazirliyin balansından çıxarılması və 2023-cü il üçün tərtib edilən maliyyə hesabatlarında əks etdirilməsi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















