Icma.az
close
up
RU
Bu nəticədən sonra futbolçular cərimələnəcək Andrey Demçenko

Bu nəticədən sonra futbolçular cərimələnəcək Andrey Demçenko

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu nəticədən sonra futbolçular cərimələnəcək" - Andrey Demçenko

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"a 6:0 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk növbədə oyunun gedişatını və taktiki uğursuzluqları belə şərh edib:

"Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün futbolçularım "Qarabağ"a istədikləri kimi oynamağa şərait yaratdılar. Planımız rəqibə yaxın oynamaq və yüksək pressinq tətbiq etmək idi. Lakin pressinq bir komanda oyunudur. Bir neçə futbolçu bunu etməyəndə sistem pozulur. Qapıçımızın topu götürməli olduğu halda buraxdığı səhv və erkən qol oyunumuza mənfi təsir etdi. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi: bəziləri oynamaq istəyirdi, bəziləri isə yox. Bu məğlubiyyətə görə həm futbolçular, həm də məşqçilər məsuliyyət daşıyır".

A.Demçenko azarkeşlərdən üzr istəyərək futbolçuların cərimələnəcəyini də diqqətə çatdırıb:

"Azarkeşlərimiz bugünkü məyusluğa layiq deyildilər, onlardan üzr istəyirəm. Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilir. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun istədiyimiz kimi alınmır. Komandayla birgə səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır".

Baş məşqçi avrokubok hədəfi və ev oyunlarını Bakıda keçirməyin təsirləri barədə verilən sualları belə cavablandırıb:

"Bu cür oyundan sonra nəsə demək çətindir. "Şamaxı" və "Karvan-Yevlax"la oyunlara qədər bərpa olmağa çalışacağıq. Stadion məsələsinə gəldikdə isə, bir çox komanda Bakıda məşq edir və oynayır. Peşəkar futbolçu və məşqçi üçün meydançanın fərqi olmamalıdır. Bəli, biz Naxçıvan komandasıyıq, lakin mən gələndə də oyunlar Bakıda keçirilirdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Mart 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri