“Bu, Nikoya olan münasibətimizə təsir etməyəcək
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Çelsi”nin baş məşqçisi Enso Mareska klublararası dünya çempionatının 2-ci turunda “Flamenqo”ya 1:3 hesabı ilə uduzduqları oyunda Nikolas Ceksonun qırmızı vərəqə alması haqda danışıb.
QOL.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Bu epizod Nikoya olan münasibətimizə təsir etməyəcək. O, ilk qırmızı vərəqəsini “Nyukasl”la matçda qazanmışdı. O zaman Liyam Delap bizdə yox idi. İndi isə ikinci dəfə belə bir hadisə oldu. Əmin deyiləm ki, epizod qırmızı vərəqəyə layiq idi, amma bu, hakimin qərarıdır. Nikolas da başa düşür ki, hər iki dəfə komanda üçün mənfi nəticələndi".
Xatırladaq ki, Nikolas Cekson sözügedən oyuna daxil olduqdan cəmi 4 dəqiqə sonra rəqib müdafiəçisi Ayrtona zərbə endirdiyi üçün meydandan qovulmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 İyun 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















