“Bu, Trampın qərarına təsir etməyəcək” Livitt
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq planları fonunda Avropa ölkələrinin adaya qoşun göndərməsi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə Avropa ölkələrinin adaya hərbçi göndərməsinin Trampın qərarına təsir etməyəcəyini bildirib.
“Düşünmürəm ki, Avropadakı qoşunların mövcudluğu Prezidentin qərar qəbul etmə prosesinə və ya Qrenlandiyanı əldə etmək planlarına hər hansı təsir göstərsin”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Danimarka Silahlı Qüvvələri NATO müttəfiqləri ilə birlikdə Qrenlandiyada hərbi iştirakını gücləndirəcəyini bəyan edib. Bu təşəbbüsə İsveç, Norveç, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiya da qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Yanvar 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















