Icma.az
close
up
RU
Bu nişan bəzək üçün qoyulmayıb STOP ləğv oluna bilər?

Bu nişan bəzək üçün qoyulmayıb STOP ləğv oluna bilər?

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris bəlkə də dünyada ən qeyri-adi yol hərəkəti praktikalarından birinə sahib şəhərlərdən biridir, burada artıq ümumiyyətlə “STOP” nişanı yoxdur. Əslində, illər əvvəl şəhərdə yalnız bir dənə belə nişan mövcud idi, o da 16-cı rayonun "Quai Saint-Exupéry" küçəsində yerləşirdi. Lakin sonradan bu nişan da götürüldü və yenidən bərpa olunmadı. Beləliklə, hazırda Parisdə yol hərəkəti tamamilə başqa prinsiplər üzərində qurulub.

Burada sürücülər əsasən “sağa prioritet” qaydasına əməl edirlər, yəni kəsişmələrdə sağdan gələn avtomobilə yol verilir. Digər hallarda isə işıqforlar, dairəvi hərəkət və müxtəlif yol nişanları trafik axınını tənzimləyir.

Paris təcrübəsi maraqlı bir nəticəni ortaya qoyur: şəhərdə “STOP” nişanlarının olmamasına baxmayaraq, yol qəzalarının səviyyəsi London və Roma kimi iri şəhərlərlə müqayisədə daha aşağıdır. Bu da göstərir ki, yaxşı planlaşdırılmış infrastruktur və sadə qaydalar bəzən daha effektiv olur.

Başqa ölkələrdə vəziyyət fərqlidir. Məsələn, Böyük Britaniyada “STOP” nişanları yalnız görünüşü məhdud olan yerlərdə, tramvay keçidlərində tətbiq olunur. Skandinav ölkələrdə də “all-way stop” sistemi sınaqdan keçirilsə də, geniş yayılmayıb. ABŞ və Kanadada isə əksinə, kəsişmələrdə bütün istiqamətlərdə “STOP” nişanı qoyulması geniş yayılmış təcrübədir.

Bu nümunələr göstərir ki, “STOP” nişanlarının çoxluğu heç də təhlükəsizliyin yeganə təminatı deyil. Əksinə, bəzi şəhərlərdə onları “yol ver” nişanı, dairəvi hərəkət və ya işıqforlarla əvəzləmək həm hərəkətin axıcılığına, həm də ümumi şəhər mühitinin estetikasına müsbət təsir göstərir.

Buradan belə bir sual yaranır: Azərbaycanda da oxşar praktikanın tətbiqi mümkündürmü? Yəni “STOP” nişanlarının sayını azaltmaq, onların yerini “yol ver” nişanı və digər alternativlərlə doldurmaq yol təhlükəsizliyi və sürücü davranışına necə təsir göstərə bilər? Bu yanaşma hansı şəraitdə daha optimal nəticə verə bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol hərəkəti təhlükəsizliyi baxımından bu yanaşmada bir məntiq var.

Onun sözlərinə görə, ölkəmizdə "2.4 Stop" və "2.5 Yol ver" nişanları öz mahiyyətini demək olar ki itirib:

""Stop" nişanında nəqliyyat vasitəsini tam dayandıran sürücüyə az rast gəlmək mümkündür. Bu səbəbdən nişan ümumilikdə mahiyyətini itirib. Sadəcə nişanların mahiyyətinə yox, onlara necə əməl edilməsinə baxmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, bu nişan bəzək üçün qoyulmayıb, hansısa mahiyyəti, təhlükəsizlik baxımından önəmi var. Nişanların qaydalarına uyğun davranmadıqda bədbəxt hadisə baş verə bilər". 


Mütəxəssisin fikrincə, Azərbaycanda da bu yanaşmanı gələcəkdə tətbiq etmək mümkündür:

"Azərbaycan yol hərəkəti təhlükəsizliyinə özbaşına yanaşmır, Avropa İqtisadi Komissiyasının qərarları və beynəlxalq təcrübə var. Bu yanaşma beynəlxalq təcrübədə tətbiq olunursa, Azərbaycana da nə vaxtsa gəlib çatacaq. Gələcəkdə bu məsələyə baxıla bilər.  Davranışlar təhlükəsizliyə uyğun formalaşmalıdır, kütlə də buna ayaq uydurmalıdır. Digər ölkələrin yeniliklər etməsi gözəldir, bizdə isə standartlıqdan çıxmaq çətindir. Lakin təhlükəsizliklə bağlı faydalı nə isə varsa, tətbiqində iştirak edə bilərik, bundan qorxmaq lazım deyil".(sfera.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri