STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“STOP” nişanının tələblərinə əməl edilməməsi sürücülərin cərimələnməsinə səbəb ola bilər. Lakin nişanın olduğu ərazidə stop xəttinin olub-olmaması dayanma qaydasını müəyyən edən əsas məqamlardandır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu barədə danışarkən bildirib ki, əgər “STOP” nişanı ilə yanaşı yerdə dayanma xətti də varsa, sürücü avtomobili mütləq həmin xəttin qarşısında tam dayandırmalıdır. Yalnız avtomobil tam dayandıqdan sonra hərəkəti davam etdirmək mümkündür.
Əgər “STOP” nişanı olsa da, yolda dayanma xətti yoxdursa, sürücü yolayrıcına daxil olmamış, kəsişən yolların hərəkət hissələrinin kənarı qarşısında tam dayanmalıdır. Bundan sonra digər hərəkət iştirakçılarına maneə yaratmadığına əmin olaraq hərəkətini davam etdirə bilər.
Rüfət Əmiraslanov qeyd edib ki, bu qaydalara uyğun olaraq avtomobilini müvafiq yerdə tam dayandıran və digər hərəkət iştirakçılarının hərəkətinə mane olmayan sürücüyə dayanma tələbinin pozulmasına görə cərimə tətbiq edilə bilməz.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/stop-nisaninda-bu-sehvi-eden-suruculer-cerimelene-biler-229218
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















