Bu nişanlar nəyi bildirir? Təhlükəyə yaxınlaşan sürücülərin çoxu bunları bilmir VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtdan Zirə istiqamətində hərəkət edən sürücülər yolda tez-tez müxtəlif yol nişanları ilə qarşılaşırlar. Bu nişanların hər biri müəyyən xəbərdarlıq və ya tələb xarakteri daşıyır.
Avtosfer.az xəbər verir ki, xüsusilə dəmir yolu keçidlərinə yaxınlaşarkən qoyulan nişanlar həm yeni sürücülərin, həm də təcrübəlilərin diqqət yetirməli olduğu məqamlar sırasındadır. Bəs bu nişanlar nəyi bildirir və onlara görə hansı sürət həddi müəyyənləşdirilməlidir?
Mövzu ilə bağlı “Qəza əleyhinə kurslar”ın məşqçisi Aqil Rəhimov bildirib ki, Zirə yolunda sürət həddi 90 km/saatdır:
“Lakin dəmir yolu keçidinə yaxınlaşarkən sürəti mərhələli şəkildə azaltmaq tələb olunur. Üç xəttli nişan keçidə 150-300 metr qaldığını göstərir və sürəti 80 km/saat-a endirmək lazımdır. İki xəttli nişan isə məsafənin daha da azaldığını bildirir və burada sürət 60 km/saat olmalıdır.
Bir xəttli nişan isə keçidə cəmi 50 metr qaldığını göstərir. Əgər svetafor işləyirsə, yol nişanı qüvvədə olmur. Svetaforun ağ işığı yaşıl işığa bərabərdir. Qırmızı işıq yanıb-sönərsə, mütləq dayanmaq tələb olunur”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















