Sürücülərin çoxu bunu bilmir
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Bir çox sürücü yanacaqdoldurma məntəqəsində çəni son həddə qədər doldurmağı üstün tutur. Lakin avtomobil ustalarının sözlərinə görə, bu vərdiş bəzi hallarda avtomobilin yanacaq sisteminə mənfi təsir göstərə bilər.
Müasir avtomobillərdə yanacaq buxarlarını saxlayan xüsusi sistem mövcuddur. Çən həddindən artıq doldurulduqda maye yanacaq bu sistemə keçə və onun sıradan çıxmasına səbəb ola bilər.
Bundan əlavə, isti havalarda yanacaq genişləndiyi üçün çəndə müəyyən boşluğun qalması daha təhlükəsiz hesab olunur.
Mütəxəssislərin tövsiyəsi
Tapança ilk dəfə avtomatik dayandıqdan sonra əlavə yanacaq vurmağa ehtiyac yoxdur. Çəni həmişə son damlasına qədər doldurmaqdan çəkinin. Xüsusilə yay aylarında avtomobili uzun müddət günəş altında saxlayırsınızsa, bunu nəzərə alın.Ustaların fikrincə, bu sadə qayda yanacaq sisteminin ömrünü uzada və əlavə təmir xərclərinin qarşısını ala bilər.
Bu mövzuda digər xəbərlər:Sürücülərin çoxu bilmir Bu işarə nə üçündür?
28 Aprel 2026 05:06
Sürücülərin çoxu bunu bilmir DYP təkərlərlə bağlı tələbləri açıqladı FOTO
12 Yanvar 2026 15:03
Bu yerlərdə diqqətli olun: Sürücülərin çoxu bilmir VİDEO
09 Dekabr 2024 09:02
Sürücülərin çoxu bu işarəyə məhəl qoymur
01 İyul 2026 15:37
Avtomobilin ömrünü qısaldan gündəlik vərdişlər Sürücülərin çoxu bunu edir
13 İyul 2025 08:59
Baxış sayı:74
Bu xəbər 02 Avqust 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















