Icma.az
close
up
RU
Tabutun içində gizlənən sual İlahiyyatçı AÇIQLADI

Tabutun içində gizlənən sual İlahiyyatçı AÇIQLADI

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənazə mərasimləri və ölünün dəfn olunması məsələsi cəmiyyətimizdə xüsusi həssaslıqla yanaşılan mövzulardandır. Azərbaycanda, adətən, insan dünyasını dəyişən kimi — bəzən bir neçə saat içində dəfn olunur. Lakin bu prosesin bu qədər tələsik aparılması bəzən ictimaiyyətdə suallar doğurur. Xüsusilə də infarkt və digər qəfil ölüm hallarında “bəlkə də dirilə bilərdi” düşüncəsi ilə qarşılaşan insanlar olur. Tibbi baxımdan da bəzi nadir hallarda ölüm əlamətlərinin müvəqqəti və ya səhv qiymətləndirildiyi hallar qeydə alınıb.

Bəs bu məsələyə İslam necə baxır? islamda cənazənin dərhal dəfn olunması vacibdirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov  bildirib ki, İslam dini insan həyatına və onun son mərhələsi olan ölümə böyük həssaslıqla yanaşır:

“Cənazə məsələsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İslamda əsas prinsip budur ki, insan öldükdən sonra onun dəfni təxirə salınmadan həyata keçirilsin. Bu, Peyğəmbərimiz Məhəmmədin (s) buyurduğu "Ölünü tez tələsdirin" (Buxari və Müslim) hədisinə əsaslanır.

Lakin bu "tezlik" tələbi cəmiyyətdəki yanlış təəssüratla eyniləşdirilməməlidir. Buradakı "tezlik", tibbi baxımdan ölümün dəqiqləşdirilməsindən sonra, yəni ölüm qəti sübuta yetdikdən sonrakı mərhələ ilə bağlıdır. İslam dini zənnə və ehtimala əsaslanaraq insanın öldüyünü qəbul etməyi düzgün saymır. Qurani-Kərimdə “Zənn, həqiqətlə eyni ola bilməz” (Nəcm, 28) ayəsi də buna işarə edir.

Qəfil ölüm hallarında, məsələn, infarkt və ya beyin ölümü kimi vəziyyətlərdə, ölümün tibbi olaraq tam və qəti şəkildə təsbit olunması vacibdir. Yalnız bu mərhələdən sonra dəfnə hazırlıq başlanmalıdır. Əgər ölüm əlamətləri tibbi müayinələrlə qəti müəyyən edilməyibsə və hələ də "bəlkə də yaşaya bilərdi" kimi şübhələr mövcuddursa, bu halda İslam dini təxirə salmanı caiz sayır”.

Ə.Həsənov qeyd edib ki, tibb tarixində bəzi hallarda "kataleptik koma", "zəif ürək fəaliyyəti", "ölümə oxşar vəziyyətlər" kimi hallar qeydə alınıb və bu, ölümün yanlış qiymətləndirildiyini göstərir:

“Bu səbəbdən də bəzi İslam alimləri, xüsusilə qəfil və müəmmalı ölüm hallarında, bir neçə saat gözləməyi və ölümün tam təsdiqlənməsini vacib hesab etmişlər.

Nəticə olaraq, İslamda dəfnin təxirə salınmadan həyata keçirilməsi tövsiyə olunur, lakin bu ölümün qəti tibbi sübutlardan sonra baş verməsi halına aiddir. Əgər ölüm qəti deyil və şübhə varsa, dəfni təxirə salmaq həm dini, həm də insani baxımdan məqsədəuyğundur. Bu, nəinki İslama zidd deyil, əksinə, İslamın həyatın qorunmasına verdiyi dəyərin bir göstəricisidir”.

Aytac Şahin


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 May 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri