Bu ölkə Aİ yə qoşulmaqla bağlı referenduma hazırlaşır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İslandiya artan geosiyasi gərginlik fonunda Avropa İttifaqına (Aİ) daxil olmaq üçün yarımçıq qalmış prosesi yenidən canlandırır.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Kristrun Frostadottir ölkəsinin Aİ ilə üzvlük danışıqlarının bərpası ilə bağlı referendum hazırlığında olduğunu açıqlayıb.
Baş nazir bildirib ki, hökumət yaxın aylarda referendum üzərində işləyəcək və Avropa ilə daha sıx inteqrasiyada maraqlıdır.
Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə birliyə üzvlük üçün müraciət etsə də, 2013-cü ildə danışıqlar dondurulmuş, 2015-ci ildə isə namizədlik statusu ləğv edilmişdi.
“Politico”nun məlumatına görə, rəsmi Reykyaviki bu addımı tezləşdirməyə vadar edən əsas səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ambisiyaları və ticarət tarifləri tətbiq etməsidir. Əvvəlcə prosesin 2027-ci ildə bərpası planlaşdırılsa da, hazırda referendumun bu ilin avqust ayında keçirilməsi gündəmdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 Fevral 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















