Icma.az
close
up
RU
Azərbaycan referenduma hazırlaşır? KONKRET

Azərbaycan referenduma hazırlaşır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçici siyahısına 6302093 seçici daxil edilib ki, onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçici siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır.

Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən (İkinci Qarabağ) müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır.

Bəzi ekspertlərə görə, bu il konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Çağırışlar arasında yeni referendumun keçirilməsi də var, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür.

KONKRET.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, MSK-nın təsdiqlədiyi ölkə üzrə vahid seçici siyahısından göründüyü kimi, seçicilərin sayı ilbəil artır: “Həm bu amil, həm də torpaqlarımızın azad olunması, suverenliyimizin bütün ölkə ərazisində bərpa edilməsinin yaratdığı yeni reallıqlar, həm də yerli idarəetmədə tədricən yeniliklərə gedilməsi konstitusiyada dəyişiklik zərurətini meydana gətirir. Nəzərə alaq ki, bu il həm də “Konstitusiya və Suverenlik İli”dir. Ölkəmizin hazırkı konstitusiyası 30 il öncə qəbul edilərkən Azərbaycan əhalisinin sayı cəmi 7 milyon idi. İndi isə Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən yuxarı, seçicilərin sayı isə 6 milyon 300 min nəfərdən yuxarıdır. Yəni 30 il öncə konstitusiya qəbul edildiyi dövrdə əhalimizin sayı qədər indi seçici var. Və bu dövrdə qəbul olunan konstitusiyanın 82-ci maddəsində qeyd olunur ki, Azərbaycan Milli Məclisinin deputatlarının sayı 125 nəfərdən ibarətdir. İndi əhalinin sayı 10 milyon nəfərdən çoxdursa, məncə, bu rəqəmlərə baxılmalıdır. Bunun üçün isə konstitusiya dəyişikliyi olmalıdır. Konstitusiyada dəyişikliklər isə bəllidir ki, referendumla həyata keçir.

İdarəetmə modellərində yeniliklərin tətbiqinin də konstitusiyada təsbit olunması konstitusiya dəyişikliyini zəruri edir. Nəzərə alsaq ki, bu il həm də “Konstitusiya və Suverenlik İli”dir, məncə, elə bu ilin sonuna yaxın konstitusiya dəyişiklikləri ilə bağlı qanun layihəsinin gündəmə çıxarılmasının şahidi ola bilərik. Bunun ardınca isə referendum keçirilə bilər. Amma şübhəsiz ki, bütün bunlar bizim düşüncələrimiz, ehtimallarımızdır. Bu məsələdə son qərar daha yüksək, ali instansiyalarda qəbul olunacaq. Bizim bir hüquqşünas olaraq gördüyümüz və bildiyimiz budur ki, konstitusiya dəyişikliyinə ölkədə zərurət yaranmışdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri