Icma.az
close
up
RU
Bu ölkə də Vardanyanı mühakimə etmək istəyir

Bu ölkə də Vardanyanı mühakimə etmək istəyir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“EU Reporter”: “Amerika və Avropa onun kimilərin ədalətdən yayınmasına imkan verməyərək, Bakının ədalət axtarışını dəstəkləməlidir”
“EU Reporter” saytında ukraynalı politoloq Taras Kuzionun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə, terrorizmdə, terrorçuluğun maliyyələşdirilməsində və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət mühakiməsinə həsr olunmuş məqaləsi dərc olunub (Mənbə caliber.az). Həmin yazıda müəllif qeyd edir ki, “Putinin pul kisəsi” ləqəbli şəxs Rusiyanın ukraynalılara qarşı müharibəsini dəstəklədiyinə görə Ukrayna tərəfindən sanksiyaya məruz qalıb, onun hərbi şirkəti isə Rusiya tərəfindən ABŞ, Böyük Britaniyaya hərbi texnika və hərbi texnika tədarükü üçün sanksiyaya məruz qalıb. “İndi təsəvvür edin ki, həmin oliqarx sonradan saxta qurumun ərazisində 30 ildən artıq fəaliyyət göstərən hökumətin üzvü kimi Azərbaycan tərəfindən həbs edilib. ABŞ və Avropa niyə onun mühakimə olunmasını alqışlamır?”, - deyə müəllif haqlı olaraq sual edir.
Ruben Vardanyanın Qarabağa göndərilməsinin Kremlin planı olduğunu vurğulayan müəllif yazır: “Təxminən 30 il əvvəl Ermənistan Azərbaycanın suveren ərazisinin beşdə birini işğal edərək, uydurma marionet "dövlət" yaradıb. Sürətlə 2022-ci ilə doğru Kreml öz maraqlarını qorumaq ümidi ilə oliqarx Vardanyanı Qarabağa göndərdi. Vardanyan bu missiya üçün çox uyğun idi, çünki o, 1990-cı illərdə Rusiyada öz biznes imperiyasını qurmuşdu və milyardlarla vəsaiti Kremlin iqtisadi sisteminə sadiqliyinə borclu idi. Rusiya kəşfiyyat orqanları Vardanyanın kompromat şəklində korrupsiya fəaliyyəti ilə bağlı sübutlar toplayıb, onu öz işbazlarına çeviriblər. Vardanyan Ermənistandakı rusiyayönlü müxalifətə də sərfəli idi, onlar ona qərbyönlü Nikol Paşinyanı aradan qaldırmaq üçün alət kimi baxırdılar. Vardanyan ABŞ və Fransadakı erməni diasporunda bir çoxları üçün məqbul idi, çünki o, onlara səxavətli ianə yağdırırdı".
Müəllif Vardanyanla bağlı anti-Azərbaycan kampaniyasını yada salaraq “Bakının Azərbaycan torpağında törətdiyi əməllərə görə onu və digərlərini cinayət məsuliyyətinə cəlb etmək qanuni hüququ var. BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupu və Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın buna tam hüququnun olduğunu bildirib, məhkəmənin azad, ədalətli və qanuni olduğu qənaətinə gəlib”, - deyə qeyd edib.
“Ukrayna əsilli bir britaniyalı olaraq ümid edirəm ki, Vardanyan nə vaxtsa Rusiyanın ukraynalılara qarşı müharibəsinə verdiyi dəstəyə görə Ukraynada mühakimə olunacaq. Bu arada onun Azərbaycanda məhkəmə prosesini dəstəkləməliyik. Amerika və Avropa Vardanyan kimilərinin ədalətdən yayınmasına imkan verməyərək Bakının ədalət axtarışını dəstəkləməlidir”, - Taras Kuzio yazıb.
“Vardanyanın "məhkəməsi" başlayandan səkkiz aydan çox müddət ərzində onun şəxsən hər hansı cinayət törətdiyinə dair bir dənə də olsun sübut təqdim edilməyib". Bu barədə isə Free Armenian Prisoners (“Azad erməni məhbusları”) adlı qondarma təşkilatın bəyanatında qeyd olunub. Təşkilat 2025-ci ilin yanvarından Vardanyanın 36 məhkəmə iclası keçirildiyini və guya “onun cinayət əməllərinin sübuta yetirilmədiyi” yalanını da tirajlayıb.
“Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsində erməni hərbi əsirləri təmsil edən vəkil Siranuş Sahakyan hesabat dərc edib ki, Bakıda keçirilən məhkəmə prosesi ədalətsizdir, müdafiə tərəfi ittihamlara etiraz etmək və ya müttəhimin günahsızlığını sübut etmək üçün hər hansı real imkandan məhrumdur”, - deyə bəyanatda bildirilir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ukraynalı politoloq Taras Kuzionun Ruben Vardanyan haqqında yazısı tamamilə faktlara söykənir: “Doğrudan da "Putinin pul kisəsi" ləqəbi qazanmış Ruben Vardanyan sonra da elə Moskvanın göstərişi və təlimatı ilə öncə Ermənistana gəlmişdi və hakimiyyətə sahiblənməyə çalışırdı. Lakin Nikol Paşinyanı yıxa bilmədi və buna görə də Vardanyana separatçıların o zamanlar əlində olan Qarabağa yerləşməsi və orada separatçılarla birlikdə hərəkət etməsi tapşırığı verilmişdi. O da bu tapşırığa canla-başla əməl etdi - gəldi Xankəndinə, orada keçmiş quldur rejimin “dövlət naziri” oldu. Ruben Vardanyanın Azərbaycanın erməni işğalı altında olan ərazisinə bu cür gəlişi və qondarma rejimin “dövlət naziri” olması bəs edir ki, o, cinayətkar kimi məsuliyyətə cəlb olunsun. Ruben Vardanyan beynəlxalq qanunları, Azərbaycan qanunlarını bu şəkildə pozmaqla kifayələnmədi, cinayətkar hərəkətlərini davam etdirdi. Belə ki, kütlə qarşısında çıxışlar edərək Azərbaycana qarşı silahlı mübarizəni gücləndirmək çağırışları etdi, Azərbaycan ərazisində qanunsuz yerləşən işğalçı erməni silahlı qüvvələrinin, erməni terrorçu qruplarının təminatını öz vəsaiti ilə həyata keçirdi. Bu barədə açıq çıxışları oldu, qərarlarını elan etdi. Bütün bu və digər addımları ilə Ruben Vardanyan Azərbaycana qarşı çoxsaylı cinayətlərdə iştirakçıya çevrildi, terrorçuluğu maliyyələşdirən, terrora çağırışlar edən cinayətkara çevrildi. Onun haqqında açılan cinayət işində də bütün bu məsələlər əksini tapır və ona qarşı irəli sürülən ittihamlar tamamilə faktlara əsaslanıb".
Hüquq müdafiəçisi qeyd etdi ki, Ruben Vardanyan təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüquqa qarşı da cinayətlər törədib. Həmçinin Ukraynaya qarşı da cinayətlərin iştirakçılarından biri kimi tanınır: “Taras Kuzionun yazdıqlarından da bu bir daha aydın olur. Ukraynanın hüquq-mühafizə orqanlarında Vardanyanın Ukraynaya qarşı müharibəyə maliyyə dəstəyi verdiyini təsdiqləyən kifayət qədər materiallar var. Ona görə də Ukrayna hüquq-mühafizə orqanları istənilən an Ruben Vardanyan barəsində cinayət işi aça bilər. Mühakimə həm də qiyabi şəkildə ola bilir. Nəzərə alsaq ki, Vardanyan artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və Azərbaycanda məhkəməsi gedir, Ukrayna onu qiyabi şəkildə mühakimə etmək hüququndan istifadə edə bilər. Yəni Ruben Vardanyanı Azərbaycandan istəməzlər, amma qiyabi mühakimə edərlər və barəsində məhkəmə hökm də çıxarıb müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verə bilərlər”.
Ç.Qənizadənin sözlərinə görə, ABŞ, Britaniya kimi dövlətlərin Ukrayna müharibəsinə görə Ruben Vardanyanın şirkətlərinə sanksiyalar tətbiq etməsi də onu deməyə əsas verir ki, bu erməninin Ukraynaya qarşı cinayətlərdə iştirakı olub: “Azərbaycanda isə o sülh və bəşəriyyət əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə, terrorizmdə, terrorçuluğun maliyyələşdirilməsində tamamilə haqlı olaraq ittiham olunur. Bu cinayətlərdə iştirak etmiş birisini müdafiə etmək isə özü cinayətə haqq qazandırmaq, cinayətkara çevrilməkdir. Azərbaycan kimlərinsə arzu-istəyi ilə Ruben Vardanyan kimi cinayətkara münasibətini dəyişəsi deyil”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri