Icma.az
close
up
RU
Zərərçəkmişlər Vardanyanı ittiham edirlər

Zərərçəkmişlər Vardanyanı ittiham edirlər

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibət bildirərək təqsirləndirilən Ruben Vardanyanın  cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq və məhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin məhkəmədə ifadələri dinlənilib.

Zərərçəkmiş Ümid Həsənovun hüquqi varisi qismində tanınaraq dindirilən Məxfurə Həsənova bildirib ki, övladı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Kəlbəcərdə törədilmiş genişmiqyaslı təxribat nəticəsində həlak olub.

Digər zərərçəkmiş şəxsin – ­Niyazi Məmmədəliyevin hüquqi varisi qismində tanınaraq dindirilən Şadman ­Məmmədəliyev ifadəsində bildirib ki, qardaşı Ağdam–Ağdərə–Sırxavənd istiqamətində düşmən tərəfinin odlu silahdan açdığı atəşlər nəticəsində həlak olub. 

Zərərçəkmiş şəxslər – Zaur Sadıqov, Əli Şıxəliyev, Peyman Cabbarov, Zahid Qocayev bildiriblər ki, Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı zamanı güllə yarası alıblar. Həmin vaxt onlarla bərabər olan başqa bir neçə nəfər də xəsarət alıb və həlak olub.

İfadə verən zərərçəkmiş İlkin Musazadə və Salman İmranzadə bildiriblər ki, düşmən tərəfinin Xocavənddə törətdiyi təxribat zamanı açılmış atəş nəticəsində güllə yarası alıblar. Onlar dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarına cavabında qeyd ediblər ki, həmin vaxt olduqları ərazilərə iriçaplı silahlardan atəş açılıb, nəticədə, bir neçə nəfər həlak olub. 

Zərərçəkən Süleyman Əsədullayev dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Ağdərənin Canyataq kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Balaxanlı Xocalının Xanabad kəndinə atılan minaatan mərmilərinin onun yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında deyib ki, həmin vaxt onunla birgə Pünhan Kazımov və Babək Əhmədli də müxtəlif növ bədən xəsarətləri alıb. 

Digər zərərçəkmiş şəxs Vüsal Məmiyev isə deyib ki, Xocalıda yaralanıb. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Sahil Aslanov və Rəşid Zeynallı həlak olub. Onunla bərabər olan Nurlan Quliyev və Rövşən Əzimli isə yaralanıblar.  

Düşmən tərəfindən törədilən təxribatın qurbanlarından biri də Tale Zabitov olub. Zərərçəkmiş şəxs ifadəsində deyib ki, Xocalıda olan zaman açılmış atəşlər nəticəsində o, Gülverdi Mehtiyev və Müslüm Əliyev yaralanıb. 

Digər zərərçəkmiş şəxs Samir Baxışov Xankəndidən açılmış atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Vüsal Alıyev ifadəsində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsi nəticəsində Laçında yaralandığını bildirib. O bildirib ki, hadisə zamanı Coşqun Zülfüzadə və Mirtalıb Ağazadə həlak olub. 

İfadə verən zərərçəkmiş şəxs Fərhad İsmayıllı da Laçın rayonu ərazisində düşmənin təxribatı nəticəsində yaralandığını deyib. Bildirib ki, düşmən izburaxan alışdırıcı güllələrdən, minaatanlardan və tank əleyhinə mərmilərdən istifadə etməklə onun olduğu yeri atəşə tutub. Atılan mərmilərdən biri onun, təxminən, 7–8 metr yaxınlığına partlayıb. Partlayışın təsiri onu kənara tullayıb. 

Zərərçəkmiş şəxslər – Mirsadiq Mirsadiqov və Ceyhun Bayramov da Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı yaralandıqlarını bildiriblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası mayın ­27-nə təyin olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri