Bu ölkə evtanaziyanı qanuniləşdirəcək
Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniya deputatları evtanaziyanın qanuniləşdirilməsini nəzərdə tutan layihəni ikinci oxunuşda təsdiqləyiblər.
"Report"un məlumatına görə, Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında 330 xalq nümayəndəsi qanun layihəsinin lehinə, 275-i isə əleyhinə çıxıb.
Qanun layihəsi baxılmaq üçün parlament komitələrinə göndəriləcək və bu proses iki ilə qədər çəkə bilər.
Evtanaziyanın leqallaşdırılması məsələsi sonuncu dəfə 2015-ci ildə İcmalar Palatasında səsverməyə çıxarılsa da, 331 deputat qanun layihəsinin əleyhinə çıxıb.
Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, bu, ağır xəstələrin əziyyətini yüngülləşdirməyə kömək etmək məqsədi daşıyır.Prosedur ciddi şəkildə iki həkimin tövsiyəsi ilə və məhkəmənin qərarı olduqda, həmçinin yalnız altı aydan az ömrü olan şəxslər üçün həyata keçiriləcək.Qanun layihəsinin əleyhdarları maddi səbəblərdən zəif insanların ölümə məcbur edilməsi riskini qeyd edirlər. Bundan əlavə, bir sıra qanunvericilər dini inanclarına görə bunun əleyhinə səs veriblər.
www.anews.az
Baxış sayı:70
Bu xəbər 29 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















