Qazaxıstan kriptovalyutanı qanuniləşdirəcək
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qazaxıstanda kriptovalyuta mübadilə məntəqələri açılacaq və Qazaxıstan Milli Bankı kriptovalyutaların lisenziyalaşdırılmasına cavabdeh olacaq.
Oxu.Az "Sputnik Qazaxıstan"a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Milli Bankının Ödəniş Sistemləri Departamentinin direktoru Yerlan Aşıkbekov məlumat verib.
Onun sözlərinə görə, kriptovalyuta platforması operatorlarının hüquqi statusu qanunvericiliklə müəyyən ediləcək.
"Lisenziyalaşdırma isə Qazaxıstanın Milli Bank tərəfindən həyata keçiriləcək", - deyə Yerlan Aşıkbekov vurğulayıb.

