Icma.az
close
up
RU
Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır

Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Macarıstanda keçirilən seçkilərdə “Tisa” partiyasının sədri Peter Magyarın qalib gələrək yeni Baş nazir seçilməsi siyasi gündəmin əsas aktual mövzularından biri kimi qalmaqdadır.Bir çox şərhçilər Viktor Orbandan sonra Macarıstanın Avropa və digər region ölkələri ilə münasibətlərində fərqli xarici siyasət kursunun başlayacağını, Qərbyönümlü siyasi kurs seçəcəyini və bunun Azərbaycanla əlaqələrə də təsir edəcəyinə dair fikirlər səsləndirməkdədir.
İlk növbədə, onu nəzərə almaq lazımdır ki, Peter Magyar nə inqilab yolu ilə hakimiyyətə gəlib, nə də ki, siyasi rejimi zorla dəyişib. O, sadəcə demokratik keçən seçkilərdə daha çox səs toplayaraq üstün olub və bu, bütün dünya ölkələrində baş verən normal siyasi hadisədir. Ona görə də, Macarıstanın öz tərəfdaşı olan ölkələrlə əlaqələrində kəskin dəyişikliklər gözləmirəm. Bu, Rusiya və bəzi ölkələrlə münasibətlərdə mümkündür.
Azərbaycana gəlincə, Macarıstanla bizim dostluq münasibətlərimiz 15-20 ili əhatə etmir, çoxəsrlik tarixə bağlıdır. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə Macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olub. Azərbaycan Xalq Cümhuriyyəti ilə Macarıstan arasında da yaxın siyasi diplomatik münasibətlərin qurulması tarixi dostluğun qürurverici səhifəsini təşkil edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyev Şərqi Avropada yaxın dost ölkə kimi Macarıstanla münasibətlərə xüsusi önəm verib. Cənab Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutub, güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr ən yüksək zirvəyə yüksəlib.
Macarıstan sadiq və strateji tərəfdaş kimi həmişə beynəlxalq təşkilatların Azərbaycanla bağlı müzakirələrində birmənalı olaraq ölkəmizi dəstəkləyib, Ermənistanın təcavüzkar siyasətini pisləyib. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer alıb,
Yəni, Macarıstanda hakimiyyət dəyişikliklıərindən asılı olamayaraq Bakı-Budapeşt münasibətləri hər zaman qarşılıqlı hörmət və sıx dostluğa əsaslanıb, milli maraqlara əsaslanır.
Sözsüz ki, 16 il Macarıstanın Baş naziri olan Viktor Orbanın Azərbaycan və Türk xalqının əvəzolunmaz dostu kimi xidmətlərini ayrıca qeyd etmək lazımdır.
Azərbaycan və Macarıstan arasında mədəni və humanitar əlaqələrin inkişafında Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də mühüm yer tutur. Onun rəhbərli olduğu Heydər Əliyev Fondu Macarıstan mədəni-tarixi irsininin bərpasında və mədəniyyətlərarası dialoqun inkişafında çoxsaylı layihələrə imza atıb. 2016-cı ilin martın 6-da Azərbaycana səfər edən Viktor Orbanın Mehriban Əliyevanı “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif etməsi bu ali diqqətin təzahürüdür.
Macarıstan Türk dünyasının birgə layihələrində yaxından təmsil olunur, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olmasına baxmayaraq, ortaq layihələrə qoşularaq Türk siləsinin ayrılmaz üzvünə çevrilib.
Hesab edirəm ki, yeni hakimiyyət Avropa İttifaqı ilə münasibətləri normallaşdırmağa üstünlük versə də, qətiyyən türk regionu ölkələri ilə mövcud balanslı kursu dəyişməyəcək. Bu, Budapeştin özünə ciddi zərərlər verə bilər. Çünki Macarıstanın iqtisadi əlaqələri, nəqliyyat-kommunikasiya bağlantıları, enerji təhülkəsizliyi daha çox türk dövlətləri ilə qurulub. Macarıstanın neft və qaz təzhizatının əhəmiyyətli hissəsi məhz Azərbaycana bağlıdır.
Ona görə də, Peter Magyarın Azərbaycanla münasibətlərin strateji müttəfiqlik səviyyəsində davam etdirilməsinə və inkişafına üstünlük verəcəyinə əminəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Aprel 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri