Bu ölkə ilə tarix boyu bu qədər yaxın olmamışdıq
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran-Rusiya əməkdaşlığı tarix boyu heç vaxt bu qədər yaxın olmayıb.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri zamanı danışıqların əsas diqqət mərkəzində iqtisadi və nüvə əməkdaşlığının genişləndirilməsi olub.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 19 oktyabr Tehranda Abbas Arakçi, Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb.
Lavrov rusiyalı mütəxəssislərin tədricən Buşehr nüvə elektrik stansiyasına qayıdacağını açıqlayıb. O, Moskvanın İslam Respublikası ilə ABŞ arasındakı mübahisənin həllinə kömək etməyə hazır olduğunu bildirib.
Rusiyalı nazir həmçinin Xəzər dənizində İran və Rusiya gəmilərinə edilən hücumlarla bağlı narahatlığını bildirib. Lavrovun sözlərinə görə, iki ölkə arasında ticarət ötən il 21 faiz artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















