Bu ölkə SEPAH ı terror təşkilatı elan etdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ekvador hökuməti SEPAH, HƏMAS və Hizbullahı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb.
Axar.az xəbər verir ki, bu barədə müvafiq qərar ölkə prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib.
Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır.
Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb. Bu addım ABŞ dövlət katibi Marko Rubionun yaxın günlərdə Ekvadora səfərindən sonra atılıb.
Baxış sayı:159
Bu xəbər 17 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















