Daha bir ölkə SEPAH ı terror təşkilatı kimi tanıdı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina hökuməti İran Silahlı Qüvvələrinin elit bölmələrindən biri sayılan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin kanselyariyası məlumat yayıb.
Bildirilib ki, milli hökumət SEPAH-ın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin ictimai reyestrinə daxil edilməsi barədə qərar qəbul edib. Qeyd olunub ki, bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyatı Nazirliyinin koordinasiyası ilə qəbul edilib.
Açıqlamada vurğulanıb ki, qərar transmilli xarakterli qanunsuz fəaliyyətləri, o cümlədən Argentina ərazisində baş vermiş terror aktlarını təsdiqləyən rəsmi məlumatlara əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 01 Aprel 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















