Bu ölkə sərhəddə 150 bunker tikir Nədən qorxur?
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ilə həmsərhəd olan Estoniyanın İda-Virumaa bölgəsində Baltik Müdafiə Xəttinin bir hissəsi olaraq 150 bunker tikiləcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə naziri Martin Heremin açıqlamaları yayılıb.
Onun sözlərinə görə, bunlardan 100-ü dövlət mülkiyyətində olan torpaqlarda, 50-si isə bələdiyyə və ya özəl mülklərdə yerləşəcək. Hakimiyyət orqanları hazırda Narva çayının sahilindəki torpaq sahiblərinə yaranan narahatçılığa görə kompensasiya və ya torpaq icarəsi, ya da torpaqların satın alınmasını təklif edəcək.
Estoniyanın Rusiya ilə sərhədinin uzunluğu 333,7 kilometrdir, onun yalnız 89,5 kilometri quru sərhədidir.
Estoniya NATO üzvü olmasına baxmayaraq, Rusiya tərəfindən məhdud bir işğaldan qorxur - məsələn, əsasən rusdillilərin yaşadığı Narva şəhərinin ələ keçirilməsindən. Bununla əlaqədar olaraq, Estoniya ordusunun əsas döyüş bölməsi olan Birinci Briqadanın Rusiya sərhədindən təxminən 50 km məsafədə yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, Narvada yeni bir hərbi baza tikilir.
Son bir il ərzində Estoniya Cənubi Koreya və ABŞ ilə raket sistemlərinin alınmasına dair müqavilələr imzalayıb. Ölkənin hərbi xərcləri illik müqayisədə 42% artaraq 2,4 milyard avroya və ya ÜDM-in 5,4%-nə çatıb.
“AzPolitika.info”
Baxış sayı:90
Bu xəbər 29 Oktyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















